adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
08 Iyun 2018 16:39
21842
MƏDƏNİYYƏT
A- A+

Milli ailə dəyərlərinin təbliği

Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti İctimai Birliyi iyunun 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumətə Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Milli ailə dəyərlərinin təbliğində psixoloji və əxlaqi maarifləndirmənin rolu” layihəsi çərçivəsində ilk tədbirini Bakı Türk liseyində həyata keçirib. Tədbirdə layihəyə uyğun olaraq hazırlanmış "Milli və əxlaqi dəyərlərimizin nüvəsi Ailə” kitabı və "Milli ailə dəyərlərimiz və müasirləşən gənclik” bukletləri layihə iştirakçılarına paylanılıb. Tədbiri layihə rəhbəri Eldəniz Salmanov açıq elan edərək QHT-lərə Dövlət Dəstəyi Şurasına belə layihələrin həyata keçirilməsində göstərdiyi dəstəyə görə öz təşəkkürünü bildirib. Layihə rəhbəri layihənin məqsədi və layihə iştirakçılarına faydası haqqında məlumat verdikdən sonra sözü mühazirəçilərə verib.

İlk mühazirəçi BDU-nun psixologiya fakültəsinin müəlliməsi Səbinə Salmanova olub və bir sıra maraqlı məqamlara toxunub. Səbinə Salmanova öz çıxışında milli ailə dəyərlərində psixoloji maarifləndirmənin rolu və son zamanlar boşanma hallarının başlıca problemləri haqqında ətraflı məlumat verib. Natiq maarifləndirici xarakterli çıxışında bir bəzi vacib məqamlara da toxunub.

Daha sonra çıxış edən tarix üzrə fəlsəfə doktoru Abbas Qurbanov milli və əxlaqi dəyərlərimizin tarixi kökləri və xalqımızın uzun illərdən bəri qoruyub saxladığı müqəddəs dəyərlərimiz haqqında geniş məlumat verib. Eldəniz Salmanov layihə iştirakçılarına geniş diskussiya şəraitində mühazirəçilərə öz suallarını vermək və cavab almaq üçün geniş imkan yaradıb. Tədbir iştirakçıları belə aktual layihələrin həyata keçirilməsinin gənc nəslin maarifləndirilməsində çox böyük rolu olduğunu bildiriblər. Tədbirin sonunda Eldəniz Salmanov fəal iştirakçılara xüsusi kitablar hədiyyə etdi və Bakı Türk Liseyinin müdiriyyətinə tədbiri həyata keçirmək üçün yaratdıqları şəraitə görə öz təşəkkürünü bildirib. Layihə rəhbəri onu da qeyd etdi ki, növbəti tədbirimiz iyun ayının 12-də Lənkəran şəhərində olacaq.