SÖZÜNÜN VƏ ÖZÜNÜN İFADƏÇİSİ - İMAMVERDİ İSMAYILOV

ƏBÜLFƏT MƏDƏTOĞLU
59001 | 2018-06-08 16:16

Bu yazınıbilgisayara diqtə etmək üçün özümü toparlayanda öncə gözlərimin qarşısında rəhmətlikPərviz Əliyev gəlib dayandı. Yəqin ki, qədirbilən oxucuların yaddaşında yaşayırhələ də bu imza. Və mənim yazı-pozu dünyamda özünəməxsus yeri olan PərvizƏliyevi indi ona görə xatırlayıram ki, barəsində yazacağım dəyərli biraydınımızla məni ilk dəfə üzbəüz tanış edən, məni ona təqdim edən məhz Pərvizolmuşdu. Doğrudur, o zamana qədər mən həmin imzanı tanıyırdım, oxumuşdum. Vətam səmimi deyim ki, o vaxta qədər hansı bölgədən olduğu ilə də heçmaraqlanmamışdım. Ona görə ki, yazılarındakı coğrafiya, yazılarındakı təbiət vəbir də bir az sərtlik mənə onun dağlar oğlu olduğunu özü-özlüyündə demişdi. Məno yazılardan duymuşdum ki, onun müəllimi bizim bölgədən - bu gün ürəyimizi göynədən,yuxularımızı didərgin salan, hələ ki, əlimiz-ünümüz çatmayan işğal altındakıtorpaqlarımızdandı...

Onunlatanışlığım "Azərbaycan" nəşriyyatında gerçəkləşdi.

Pərvizlə 1-ci mərtəbəninfoyesində dayanmışdıq. İmamverdi müəllim həmişəki kimi pencəyi qolunun üstündəiçəriyə daxil oldu. Onu görə Pərviz həmişəki təbəssümüylə:

- Qağamıtanıyırsan? - dedi.

Çiynimi çəkdim.Yəni söhbətin kimdən getdiyini bilmədiyimdən heç nə demədim. Pərviz irəliaddımlayıb İmamverdi müəllimlə yüz ilin dostu kimi görüşdü, hal-əhval tutdu.Sonra da məni özlərinə yaxın çağırıb kimliyimi söylədi. Və beləcə, başladıbizim tanışlığımız. İndi həmin tarixi yaddaşımda anlara çevirəndə, dahadoğrusu, vuranda mənə elə gəlir ki, tanışlığın yaşı yoxdu. Çünki sonsuzdu. Hələnə qədər də davam edəcək Allah bilir. Amma mənim bildiyim budur ki, İmamverdiİsmayılov Azərbaycan ədəbi mühitində, Azərbaycaın ictimai-siyasi həyatında birxarakter, bir obraz kimi öz yolunu müəyyənləşdirib və o yolun da Haqqdan, ədalətdən,ən vacibi isə dövlətçilikdən keçib getdiyini bər-bəzəksiz, təmtəraqsız,hay-küysüz, eləcə olduğu kimi yaşayır və göstərir. Bu mənim qənaətimdi. Olabilsin kimsə İmamverdi müəllimi başqa prizmadan, başqa bucaq altında görür.Amma mən onun təkcə son 10-15 ildə ölkə mətbuatında çap olunmuş bir-birindənsanballı, publisist yazılarını necə deyərlər, gözüyumulu, birnəfəsə düşünmədənDÖVLƏTə, XALQa, AZƏRBAYCANa xidmət nümunəsi hesab edirəm. Və çox istərdimki, bax bu içdən gələn özünüifadə hər kəsdə,xüsusilə hər SEÇİLƏNdə özünü büruzə versin. Əgər belə olarsa, onda kiminkimliyi də sual doğurmaz...

Bəli, söz adamıbütün zamanlarda göz önündə olur. Onun qələmindən cücərən hər bir söz, hər birifadə müəllifnin vəkilinə, təmsilçisinə, lap loru dildə desəm, dilmancınaçevrilir. Bu da həmin söz sahibinin, həmin imzanı daşıyanın xarakterinə birişıq salır. O sözdən baxanda kimin kim olduğu dərhal duyulur, görünür. Bunu mənsöz xatirinə kiməsə özümü nəyisə bilən kimi göstərmək üçün demirəm, yazmıram.Bu mənim qənaətimdi. Yəni şəxsən tanıyıb-tanımadığım kifayət qədər söz adamlarıvar ki, mən onların əsərlərindən, fikirlərindən kim olduqlarını, nəyə xidmətetdiklərini rahatca duyuram, anlayıram. Və indi barəsində fikirlərimibilgisayara diqtə etdiyim İmamverdi müəllim mənim düşüncələrimə, mənimbaxışlarıma görə, sözün həm görünən, həm də alt qatında dayana bilən qələmadamıdı, aydınımızdı. Ona görə mən bu iki mənanı, iki cəhəti önə çəkirəm ki,kimsə mübahisə etmək istəyəndə bir anlıqdayansın. Görsün ki, mənim təxmin etdiyim, görünən və alt qat deyimi, fikriözü-özlüyündə İmamverdi İsmayılovun bir halda cəmiyyətin gördüyü, başqa birhalda isə ədəbiyyat, sənət, mədəniyyət,bir sözlə, fikir daşıyıcılarının gördüyü bir şəxsdir. Axı, İmamverdi İsmayılovbizim aramızda, cəmiyyətin içərisindədi. O, bununla görünən tərəfdi. Amma yazımasasının arxasında bizə ünvanladığı fikirlərdə artıq o sözün alt qatına eniborda külüng vuran, həmin qata işıq çəkənvə bəzən də həmin qatı çiyinlərində saxlayan yazıçı-publisistdi...


Həyatım elə gətiribki, bir mətbuat işçisi kimi Azərbaycanın demək olar ki, əksər bölgələrini gəzibdolanmışam. Doğulduğum Tuğ kəndi keçmiş Hadrud rayonuna, bu gün isə Xocavəndrayonuna aiddi. Dağlara söykənən kəndimin sağ cinahında Qubadlı, Zəngilan yerləşir. Adətən QubadlınınBaşaratına, Yazı düzünə gediş-gəlişimiz çox olardı. Qohumluq əlaqələri, dostluqmünasibətləri bizləri bir-birimizə yaxınlışdırıb doğmalaşdırmışdı. Ya piyada,ya da atla, uzağı bir saata Yazı düzünə, Başarata gedib çıxa biilrdik. Ammamaşınla getmək istəyəndə xeyli dolanırdıq, Füzulini, Cəbrayılı keçirdik. Sonragəlib çıxırdıq Həkərinin körpüsünə. Ordan yol haçalanırdı Zəngilana, Qubadlıya.Ona görə yaşlı adamlar Qubadlıdakı, daha doğrusu, Qubadlının kəndlərindəkiqohumlarına, tanışlarına baş çəkmək üçün daha çox atla səfər etməyə üstünlükverirdilər. Bunun özü ayrıca bir səyahətidi. Meşəylə, dağ yoluyla, bulaq sularından içə-içə müxtəlif meyvələrin -moruqların, çiyələklərin dadını çıxara-çıxara. Mən dağ yoluyla da getmişəm,maşın yoluylu da söylədiyim ünvanlara. Və bu gün də gözlərimin önündə həmin ogözəlliklər. Başaratın balı kimi Həkərinin, Bərgüşadın balığı da ələ düşməz birnemət idi. Bunları xatirələrimin diqtəsilə yazıram. Ona görə ki, onları mənəyaşadan dostlar, tanışlar olubdu. Və mən o şəxsi dostların, tanışların diqqətiylə,qayğısıyla tamına baxmışam o yerlərin nemətlərinin, o torpağın suyunun, meyvəsinin.Və zaman elə gətirib ki, həmin o tanışlığın bir qolu da, bir budağı da "Azərbaycan"nəşriyyatında qarşıma çıxıb...

Bəli, yadımdadı,bir dəfə, əslində isə bir neçə dəfə İmamverdi müəllimin əsərləri barəsindədüşüncələrimi qələm almışdım. Yazı "Ədalət"də çap olunan günün səhəribir də gördüm ki, İmamverdi müəllim zəng vurub. Onun doğma yurdu barəsində, ataocağı barəsində, ümumiyyətlə, ocaq yeri haqqındakı fikirlərinə münasibətim,yanaşmam xoşuna gəlmişdi. Mənim isə xoşuma gələn onun diqqətiydi. Sonralar dəfələrləşahidi oldum və eşitdim ki, İmamverdi İsmayılov özü barəsində yazılan hər birfikrə sayğı ilə yanaşır. Bu Böyüklükldü, bu Əxlaqdı, bu Mədəniyyətdi!

Məntanışlığımızın yaşını unutduğum bu illər ərzində bir məqamın da şahidi oldum.Gördüm ki, İmamverdi müəllim bugünkü cəmiyyətimizdə davranış kodeksinəyanaşma etiketlərinə və bir də kimliyinigözə soxmadan sakit bir tərzdə varlığını ifadə edən bir aydındır.

Bu dedikləriminhər biri fərdi qaydada geniş izaha, şərhə ehtiyac duysa da, amma indikigünümüzdə, indiki durumumuzda birmənalı ifadə tələb edir. Həmin ifadə də belədir:

- İMAMVERDİİSMAYILOV YÜKSƏK ƏXLAQLI, YÜKSƏK TƏRBİYƏLİ VƏ YÜKSƏK KİMLİYİ OLANYAZIÇI-PUBLİSİST, ZİYALI VƏ ƏN VACİBİ İSƏ AZƏRBAYCAN VƏTƏNDAŞIDIR.

Söhbət etmək,fikir bölüşmək, münasibət öyrənmək indinə qədər asanlaşsa da, bir o qədər də çətinləşib, qəlizləşib. Çünkiadamlar özlərini hər şeyi bilən kimi göstərə-göstərə heç nəyi bilmədiklərini pərdələyirlər.Buna görə də mən hər dəfə İmamverdi müəllimlə görüşüb atüstü də olsa söhbət edəndəəmin oluram ki, İmamverdi müəllim öz əxlaqından, öz dünyasından çıxış edərəkdaha dəqiq bildiyi və daha doğru hesab etdiyi mövzular barəsində çox sərbəst vərahat danışır. Digər mövzularda əgər şübhəsi varsa, öyrənib sonra danışmağaüstünlük verir. Təəssüf ki, bu gün cəmiyyətimiz İmamverdi müəllimin özü üçünseçdiyi yanaşmadan çox-çox uzaqdı. Ona görə dəözündən müştəbehlik, özünü reklam və nəhayət, özünü mənən intiharhalları çoxalıbdı...

Bəli, hər birinsan Tanrı bəndəsi olaraq Tanrının verdiyi ömrü yaşayır. O ömrün rəqəmlərləifadəsi zənnimcə şərtidi. Ən dəqiq ifadə ürəklərdə, yaddaşlarda qeyd olunur. Mənbilirəm ki, Azərbaycan aydınlarından, sayılıb-seçilən ziyalılarından bu gün də,hələ yüz il də bundan sonra söhbət düşəndə xatırlananlardan, yada düşənlərdənbiri də İmamverdi İsmayılov olacaq. Buna heç bir şübhəm yoxdu. Və bir də onaşübhəm yoxdu ki, "Azərbaycan" nəşriyyatından başlanan tanışlıq yoluQarabağda, Yazı düzündə, Həkərinin, Bərgüşadın sahilində, Ovçu çayının Çinarmeşəsindən axıb gələn sərinliyində davam edəcək. Və onda mən İmamverdi müəllim barəsindəsanballı, tutumlu yubiley yazısı yazacağam. Buna indidən inanıram.

Əbülfət MƏDƏTOĞLU

Əməkdarjurnalist

TƏQVİM / ARXİV