Əbülfət MƏDƏTOĞLU: ANBAAN ƏRİYƏN ÖMÜR

ƏBÜLFƏT MƏDƏTOĞLU
51965 | 2018-06-08 16:17

Hər dəfə özümlə,daha doğrusu, iç dünyamla üz-üzə dayananda ağlımdan bir sual gəlib keçir. Görəsən,bütün bu yazdıqlarım və ümumiyyətlə, bütün bu yazılanlar kiməsə, nəyəsə, hətta harasabir iynə ucu boyda işıq salırmı? Ümumiyyətlə, yazmağın, özünü ifadə etməyin birfaydası varmı?

Bəli, mən bu sualıhər dəfə ağlımdan gətirib keçirən anda belə yazmaq istəyirəm. Özü də sualın cavabınıbilməsəm belə. Sadəcə, bildiyim odur ki, mən yazdıqca içimə, ürəyimə bir az nəfəsverirəm, bir az hənir qatıram, bir az ümid toxumları səpirəm. Bunlar göyərəcək,göyərməyəcək… o nəfəs bu ürəyi döyündürəcək, döyündürməyəcək… bütün bunların fərqindədə deyiləm və heç olmaq da istəmirəm. Axı, olub-olmamağım heç nəyi dəyişməyəcək.Ürək ağrımağında… beyin düşüncələrində… fikir pərişanlığında… Bax, real mənzərəbudur! Hətta yazmayıb, qələmi, dəftəri bir kənara atıb yazı masasından uzaqlaşsambelə o yazı içimdə yazılacaq. Bax, bildiyim budur! Ona görə də qələmdən, dəftərdənqaçmağa cəhd göstərmirəm. Harda olsam, hara getsəm özümləaparıram. Və bu da açığını deyim hərdən işimə də yarayır. Ən azından yeni tanışlarıntelefon nömrələrini, ünvanlarını köçürürəm yerindəcə dəftərimə…

İndidə dayanmışam özümlə üzbəüz. Və yaşantılarımı ifadə edəcək sözlər axtarıram. İstəyirəmki, kağıza köçürəcəyim, bilgisayara diqtə edəcəyim sözlər sınıq-salxaq söz olmasın,diri, canlı söz olsun. Oxuyanın heç olmasa ürəyinə təsir edə bilməsə də,əlini sıxsın. Qapıdan qayıtmasın, müsafir ola bilsin…

Görürsünüz, nə qədəristəklər cəmləşib indiki anda sözümün ətrafına. Görək bu istəkləri reallaşdıra biləcəmmi?! Hə, indi bir reallıqvar. Bu da tam ortada olan, yəni mərkəzdə dayanandı. Onu hamı görür, ona hamı baxır.Amma o, hamıya yox, ona ürəyi ilə baxana tərəf boylanır. Və bu iki baxışın arasında mən bir kölgə də görürəm.Daha doğrusu, o, kəsişən, bir-birinə sancılan baxışların üstünə düşən kölgə. O kölgəiçimi göynədir, ruhumusızladır. Axı, mənonu belə görmək istəmirdim. Heç onu kölgəşəklində də düşünmək istəmirdim. Görünür hardasa yanılmışam, hardasa tələsmişəm.hardasa gecikmişəm və yaxud da məqamında, yerində olmamışam. Elə ona görə də indiyazmağa məcburam.


Ürəyin əvvəlki tək

Daha məni səsləmir…

Bezmisən varlığımdan

Gözün görmək istəmir–

Gözümü…


Əl çək yaxamdan!- sözü

Tökülür üz-gözündən…

Söndürməklə bir közü

Qurtarırsan özündən–

Özümü…


Ömür saat – əqrəblar

Sənin əlinin altda…

Saraldacaq vərəqlər

Bu yarımçıq həyatda–

Sözümü…

***

Heç vaxt arzu etməmişəm,heç vaxt qəti qərar verməmişəm ki, bir saatdan, bir gündən sonra hansısa bir işinqulpundan tutacam. Ona görə ki, etdiyim arzu, verdiyim qərar həmişə müxtəlif vəözü də əsaslı səbəblərdən alınmır, çin olmur, gerçəkləşmir. Hətta bəzən məni xoşagəlməzdurumlara da salır. Kimlərsə düşünür ki, söz verib yerinə yetirə bilməməyim mənimşakərimdi. Yox, sadəcə olaraq, bütün həyatım boyu birmənalı şəkildə sınayıb inanmışamki, öncədən nəyisə edəcəyimi dilə gətirmək mənə düşmür. Ona görə də lap elə bu yazının özünün sonunun danecə bitəcəyini deməyə ürək etmirəm. Qorxuramfikirlərim yenə çin çıxmasın, yanınızda üzüqara olum…

Deməli, nə vaxtdanbəri içimdə özümlə daşıdığım bir istək var idi. O istək də çox doğma bir insanıziyarət etmək, onun əhvalından xəbər tutmaq idi. Hər dəfə də bu istəklə bağlı yolhazırlığına başlayanda mütləq ciddi bir problemlə qarşılaşırdım – gah səhhətimlə,gah maliyyə məsələriylə,gah da ailə problemləriylə üzləşirdim. Ona görə də içimdəsıxılır və gerçəkləşdirə bilmədiyim istəyimdən xəcalət çəkirdim, utanırdım. Gözlənilməzbir məqam, gözlənilməz bir hadisə məni busıxıntıdan çıxardı. Və günlərin birində heç kimə heç nə demədən baş götürüb getdim…Getdimvə görmək istədiyim o əziz insanın qapısını döydüm. İnanın ki, onun təəccübü hələdə məni tərk etməyib. Yuxu görürmüş kimi baxdımənə, inanmadı gəldiyimə. Bu baxışlar məni sıxa-sıxa elə bir hala saldı ki,dilim söz tutmadı. Və onda anladım ki, ürəyin istəyini gecikdirmək, arzu olunanünvana yubanmaq o qədər də yaxşı hal deyil. Çünki bunun bir damarında itirmək dəvar, ayrılıq da var, ölüm də var. Bunlar,yəni bu hisslər sonradan ürəkdə ömürlük yaraya da çevrilə bilər. Ürəyi o yaradan qorumaq üçün bəzən heç birçətinliyi, heç bir problemi nəzərə almaq lazım deyil. Axı, müdriklərin belə birkəlamı var. Ağıllı adamlar söyləyib ki, «ağıllı düşünənə qədər dəli vurub çayı keçdi».İndi mən o baxışların önündə, o heyrətin, o təəccübünqarşısında özümü dəlinin yerinə qoya bilmədim. Allahındəlisi məndən ağıllı imiş…

İstənilən bir hərəkət,istənilən bir yanaşma qarşı tərəfin reaksiyası ilə dəyərləndirilir, qiymətini alırvə yaxud da əlavə hərəkətlərə səbəb olur.Mən artıq əminəm ki, gecikmək digər tərəfin də növbəti bir gecikməsinə yol açır.Və bir də baxıb görürsən ki, gecikə-gecikə, yubana-yubana zamanı itirmisən… fürsəti,məqamı əldən vermisən. Və özün də o itən, o əldən sürüşüb gedən zamanın içərisində azacıq da olsa əriyib getmisən. Elətələsdiyim ünvanın heyrətini görəndə mən bu yazdıqlarıma bir daha əmin oldum. Sonrabir kənara çəkilib dəftərə, qələmə yaşantılarımı pıçıldadım.


Mən elə darıxmışdımki,

Yüyürdüm, yürüdümgəldim…

Bu yorulmuş ürəyimi–

Dalımcasürüdüm gəldim…


Düşdüyüm bu çəhlimvərdi

Yar əlin üstümə sərdi…

Ömrümə ələnən dərdi–

Bir yerə kürüdümgəldim.


Üz tutub deyim «sev!»- kimə

Qalacaq bu boş ev kimə?!

İlahi, sənə sevgimə–

Ruhumu bürüdüm gəldim.


Ağrı çəksə də dərinə

Keçmədim fələk girinə…

Üz qoyduğum and yerimə–

Hələ ki, yeridimgəldim!..


Bu günün nəbzinitutmaq, bu günün havasına oynamaq o qədər də asan deyil. Axı bütün havalar bütünsümüklərə düşmür. Zülm ondadır ki, sümüyə düşməyən havaya qol qaldırasan – özü dəbilə-bilə, özü də ya təmənnalı, ya da kiminsə, nəyinsə xatirinə. Mənə görə bundanəzablı, bundan məşəqqətli rəqs yoxdu. Əgər varsa,bu barədə mənim bilgim yoxdu. Kimdə isə bu barədə bilgivarsa, məni də agah etsin…

Bax, elə bu düşüncənin,bu ovqatın içərisində özüm üçün aydınlaşdırmağa çalışıram. Görəsən, həyatının mənasınıyanmaqda, yandırmaqda, sədaqətdə, sevgidə, inancda görən birisinin əzabları nədənqaynaqlanır? Nədən sonsuzluğa qədər uzanıb gedir? Axı, bu sonsuzluq hardasa həmdə adamı içdən tükəndirir, onun özünün özünə çəkilməsinə, özünün özünə qapanmasınaaparıb çıxarır. Ona görə də sarsıntılar,sızıltılar və hətta bəzən özünə qəsd etmələr də adi hala çevrilir.

Doğrudur, bunu psixolojidurumla əlaqələndirən, ona bağlayanlar da var. Mən bunu inkar etmirəm. Amma təməminliyimlə bilirəm ki, içimdəki bütün olanlar olmuşların davamıdı, olmuşların bəhrəsidivə yaxud da qalıqları və yenilənməsidi. Deməli, olmuşlar üçün indi mənim göz yaşıtökməyim hardasa həm də olanlar üçün tökülür… olanlara da şamil edilə bilər. Mən bu dediklərimi,bu yazdıqlarımı misralara çevirmək çətinliyinin altında indi çilənən qəfil yağışahəsəd aparıram. Ona görə ki, o bulud o yağışı arzusuna çatdırdı. Və arzusuna çatanyağış da mənim kirpiyimdə tumurcuqlayan nəmiözünə qatdı. Bir də gördüm ki, yazıram:


Kirpiklərim islandı

Susdu, kəsdi bu yağış…

Mənim sözsüz halıma–

Sözdü, səsdi bu yağış…


Buluddan qopub elə

Yağır, dönərək selə…

Qalan ömrümə belə–

Bəsdi, bəsdi, buyağış…


Sıxılacaq, sıxacaq

Özün göydən yıxacaq…

Bir yol tapıb çıxacaq–

Aşkar qəsddi bu yağış…


… İkimizi isladıb

Qovuşdurur bu yağış…

Bir anlıq ayrılıqdan–

Sovuşdurur bu yağış…


***

Heç vaxt düşüncələriminucundan tutub kiminsə qapısına getməmişəm. Və heç vaxt da qapısını döydüyüm adamdaniran saqqızı kimi yapışıb nəsə istəməmişəm. Ən çox umduğum səmimiyyət, diqqət vəbir də dürüstlük olubdu. Hansı iş olur-olsun, hansı məqsəd olur-olsun onu gerçəkşəkildə ortaya qoymaq və özünün o gerçəkdə görünməni təmin etmək, məncə, ən yaxşıkeyfiyyətdi. Bilmirəm, siz bu söylədiklərimlə razılaşırsınız, ya yox, amma bütünhallarda mən öz niyyətimi gizlətməməyə, öz istəyimi özüm dilə gətirib bəyan etməyəhəmişə üstünlük vermişəm.

Bu yazdığım fikirlərmənə heç də həmişə müsbət divident gətirməyib. Qazancım daha çox ağrı-acı, kədər, ürək sızıntısı olubdu. Həttaən doğma kəslər belə məni bu halıma görə qınayıblar da. Amma neyləyim ki, «südləgələn sümüklə çıxır» deyiblər. Ona görə də mənim düzəlməyim dəvənin boynunun düzəlməsikimi bir şeydi. O da ki, sual altında…

Bəli, öz-özümlə birnövü söhbət şəklində qurub sonra bilgisayara diqtə etdiyim bu yazını elə həmin oqəfil yağışın damlaları kimi misralamaqla fikrimi tamamlayıram.


Açıram bu səhəri

Sonuncu qapı kimi…

Tarım çəkib qəhəri–

Könlümün sarı simi…


Qaralmış topa vurub

Əyilib üzü yerə…

Sonuncu ölən umud–

Qalıb can verə-verə…


Sən də yaramdan basıb

İşıq kimi söndürdün…

Bulud dirəkdən asıb–

Yağış kimi öldürdün…


Acımasız bir seçim

Nöqtə qoyulan həyat…

Qoy mən ömürdən keçim–

Sən təzə ümid yarat…


Bəli, bu günlük,bu anlıq demək istədiklərimin bura qədər olanını dedim. Siz də bura qədər olanınıoxuyun, sonrasına baxarıq!


TƏQVİM / ARXİV