adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
08 Iyun 2018 16:43
22997
MƏDƏNİYYƏT
A- A+

Arif Quliyev teatrdan gedib

Xalq artisti Arif Quliyev çalışdığı teatrdan ayrılıb.

Adalet.az-ın məlumatına görə, aktyor bu haqda "ATV maqazin onlarla” verilişində deyib. O bildirib ki, yaşla əlaqədar təqaüdə çıxıb:

"Artıq teatrda işləmirəm. Amma filmlərə, görüşlərə, konsertlərə gedirəm. Bu yaxınlarda isə türk rejissorun bir filmində rol alacam”.


Qeyd edək ki, A.Quliyev 1975-ci ildə Musiqili Komediya Teatrında çalışıb. 1993-cü ildə Milli Dram Teatrına dəvət olunub. Son illər isə İrəvan Dövlət Azərbaycan Dram Teatrında çalışırdı.