Ücretsiz php script indir ikinci el eşya alanlar hack forumu Orkide hack forum Adalet.az | Nazirlikdən tibb işçilərinin döyülməsinə REAKSİYA Adalet.az | Nazirlikdən tibb işçilərinin döyülməsinə REAKSİYA Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HADİSƏ

Nazirlikdən tibb işçilərinin döyülməsinə REAKSİYA

7875    |   2018-06-08 16:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Səhiyyə Nazirliyi Tovuzda tibb işçilərinin döyülməsinə münasibət bildirib.

Adalet.az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova APA-ya bildirib ki, Tovuz rayonunun İbrahimhacılı kəndindən təcili tibbi yardıma iyunun 7-də saat 22.23-də çağırış gəlib.
Onun sözlərinə görə, təcili tibbi yardım maşını saat 22.24-də Qovlar şəhərindən çağırışa çıxıb və saat 22.33-də ünvana çatıb: "Təcili tibbi yardım çox qısa müddətdə çağırışa gedib. Onlar evə çatanda xəstə keçinib. Xəstə öldükdən sonra onun yaxınları həkim Eldar Abdıyev, feldşer Cəmalə Qurbanova və sürücü Ələkbər Cabirovu döyüblər".

S. Əhmədova qeyd edib ki, hər 3 şəxs müxtəlif bədən xəsarətləri alıb.

Məsələyə hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunub.
Qeyd edək ki, bu gün səhər Tovuz rayonunda çağırışa gedən təcili tibbi yardım maşınına hücum olması ilə bağlı xəbər yayılıb.
Hadisə ötən gecə rayonun İbrahimhacılı kəndində baş verib. Xəstənin öldüyünü deyən yaxınları tibb işçilərinin çağırışa yubandıqlarını bildirib, həkim Eldar Abdıyev və tibb bacısı Cəmalə Qurbanovaya xəsarət yetiriblər.

Təcili tibbi yardım maşınının şüşələri sındırılıb.



İmza:
SON XƏBƏRLƏR
2019-01-19
2019-01-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (80.19%)
"Neftçi" (19.81%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Hidayət Elvüsal həkimə gedir. Həkim onu müayinə edəndən sonra bir neçə dərman yazır və deyir ki, bu dərmanları gündə beş dəfə yeməkdən sonra atarsan.

Hidayət müəllim:

- Rəhmətliyin oğlu, gündə beş dəfə yemək tapsaydım ta niyə xəstələnirdim ki?





digər lətifələr
ARXİV
FACEBOOK