ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Vokalçılar müsabiqəsinin qalibləri açıqlandı

13183    |   2018-06-08 16:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Dövlət Akademik Filarmoniyasında Vokalçıların Bülbül adına VII Beynəlxalq Müsabiqəsinə yekun vurulub.

Mədəniyyət Nazirliyindən Azərtac-a bildirilib ki, final mərhələsində Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Özbəkistan və Qazaxıstandan olan 12 nəfər iştirakçı dünya klassik operalarından ariyaları səsləndirib. İfaçıları Xalq Artisti Rauf Abdullayevin rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib.

Müsabiqə iştirakçılarını münsiflər heyətinin sədri, Rusiya Federasiyasının Xalq Artisti, professor Sergey Leyferkus, Azərbaycandan SSRİ Xalq Artisti, professor Fərhad Bədəlbəyli, Xalq artistləri, professorlar Siyavuş Kərimi, Murad Adıgözəlzadə, Gürcüstanın Xalq Artisti, professor Teymuraz Ququşvili, Ukraynadan SSRİ Xalq Artisti, professor Mariya Stefyuk, Rusiya Akademik Böyük Teatrının gənclər proqramının rəhbəri, Əməkdar İncəsənət Xadimi Dmitri Vdovin qiymətləndirib.

Müsabiqənin Qran-Pri mükafatına Minə Kurtoğlu (Türkiyə), birinci yerə Anastasiya Barun (Rusiya), Georgi Çelidze (Gürcüstan), ikinci yerə Mariya Buynosova (Rusiya), Stanislav Li (Qazaxıstan), üçüncü yerə Yuliya Zasimova (Ukrayna), Umid İsrailov (Özbəkistan), Elnarə Məmmədova (Azərbaycan) layiq görülüblər.

Həmçinin müsabiqə iştirakçılarından Yuliya Tkaçenko (Ukrayna), Anna Şapovalova (Rusiya) və Ketevan Sixarulidzeyə (Gürcüstan) xüsusi diplom təqdim edilib. Ümid İsrailov (Özbəkistan) ən yaxşı tenor, Elza İslamova (Rusiya) Bülbül romanslarının ən yaxşı ifaçısı, Yuliya Kərimova (Azərbaycan), Sergey Semyonov (Rusiya) və Sergey Çeçetko (Rusiya) ən yaxşı konsertmeyster seçilib.

Azərbaycandan olan gənc vokalçı Mahir Tağızadə isə "Ümid” diplomu ilə təltif olunaraq Varşavanın Böyük Teatrında keçiriləcək ustad dərslərinə vəsiqə qazanıb.



İmza:

Leyla Əliyeva Bakı Kitab Mərkəzində kitab təqdimatında iştirak edib - FOTO

Xalq artisti: “Amaliya, sən həmişə bizimləsən”

Rəsmilər Amalya Pənahova ilə bağlı nekroloq imzaladılar

İlham Namiq Kamal: “Amaliya xanımın xəstəliyindən xəbərsiz olmuşuq”

Amaliya Pənahova ilə vida mərasimi sabah "Azdrama"da keçiriləcək

Qırmızı bağ

Çexiya nümayəndə heyəti “Azərxalça”nın İsmayıllı filialında olub

“Yeddi gözəl” Moskvada nümayiş olundu

“Bu pulla hansı kinodan danışmaq olar?“ - Rafael Hüseynov

Ağdam Muğam Mərkəzi istifadəyə verilib

İlham Əliyev: Azərbaycan teatrı xalqımızın sosial-mədəni həyatında özünəməxsus layiqli yer tutur

Nazir: İşğal altındakı torpaqlarımızda teatr binaları da dağıntıya məruz qalıb

Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-12
13:27 TƏBRİK


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Rəhmətlik Surxay Əlibəyli pul xərcləyən, yeyib-içən oğlan idi. Dost-tanışa qonaqlıq verəndən sonra çıxıb oturur taksiyə, evə getmək üçün.

Taksi sürücüsü soruşur:

- Brat, hara sürüm?

- Ağdama.

Sürücü:

- Brat, Ağdam var ki?

Surxay Əlibəyli:

- Qaqa, Ağdam yoxdusa, deməli, hər yer cəhənnəmdi, sür cəhənnəmə.




digər lətifələr
ARXİV
FACEBOOK