adalet.az header logo
  • Bakı 11°C
08 Iyun 2018 16:33
14454
DÜNYA
A- A+

İtaliya Krım məsələsində Rusiyanı dəstəklədi

İtaliya Rusiya ilə Krımın statusunu müzakirə etməyə hazırdır.

Adalet.az xəbər verir ki, bu barədə İtaliya baş nazirinin müavini Matteo Salvini "Il Giornale”yə müsahibəsində deyib.

"Xarici işlər nazirinin işini əlindən almaq istəmirəm, amma biz Rusiya ilə hər şeyi müzakirə edəcəyik” – deyə Salvini vurğulayıb.

O, həmçinin bildirib ki, Krımın Rusiyaya birləşdirilməsilə əlaqədar Avropanın tətbiq etdiyi sanksiyaların uzadılmasına Roma veto qoya bilər. Bu məsələ iyunun 23-də Avropa İttifaqı Şurasında müzakirə ediləcək.

İtaliya baş nazirinin müavini Avropa siyasətçilərini əmin etməyə çalışıb ki, NATO-ya başlıca təhdid Rusiyadan yox, Afrikadan gəlir.

Qeyd edək ki, 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsi Moskva ilə Brüsselin münasibətlərini korlayıb. Avropa İttifaqı bunu beynəlxalq hüquq prinsiplərinin kobud şəkildə pozulmasilə Ukrayna ərazisinin işğalı adlandıraraq Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Rusiya prezidenti Vladimir Putin isə bəyan edib ki, sanksiyalar səmərəsizdir və Krım söhbəti birdəfəlik bağlanıb.