adalet.az header logo
  • Bakı 18°C

“Qalib gələnə qədər seçki” ssenarisini bu millət yeməz!...

12839 | 2018-06-09 11:30

İqtidarın zirvəsi dövlətin bütün imkanlarını zorlayır, amma olmur… CHP-dən oğurlayıb "təqaüdçülərə Ramazan və Qurban bayramlarında 1000 TL verəcəyik” dedilər. Əslində İYİ Parti baş katibi Aytun Çıray lap əvvəldə "Təqaüdçülərə aldıqları maaş nisbətində 300, 500, 750, 1000 TL ödəyəcəklər” demişdi. Baş nazir sifətli möhtərəm bu iddianı sərt sözlərlə yalan olduğunu demiş və bu açıqlamanı vermişdi: "Maaşı nə olursa olsun, bütün təqaüdçülər 1000 TL alacaqlar!”…

O boyda baş nazir millətin gözünün içinə baxa-baxa yalan deməz dedik, amma Çıray haqlı çıxdı. ODA TV min lirəsini almağa gedən təqaüdçülərin kimisinin 750, kimisinin 500, kimisinin də 1000 lira aldıqlarını ortaya qoydu, necədir sizinçün?!

Çox hörmətli Türk böyükləri vəd etdiklərini verməyə aciz qaldıqları vaxt, bu yandan da Mərkəzi Bank bir daha faizləri artırdı. Gördük ki, iqtisadiyyatçılar da bu məsələyə reaksiya vermədilər.

İqtisadi böhranla bir yerə gedə bilməyəcəklərini görüncə, bu dəfə "milliyətçi damar”la oynamağa başladılar. Aylardır Afrindən, Membiçdən dərman üçün bir dənə də xəbər verməyən mediyada "Qəndil” başlıqları gündəmə gətirildi. Mətbuatda "bu qədər kilometr qaldı” bağırtıları, televiziyada isə "Qəndil”in günlərlə necə bombalanağı, bayrağın zirvəyə necə sancılacağı ən xırda detalına qədər danışıldı.

- Elə bil, zirvəyə əllərində bayraq bunlar çıxacaqlar!

" Yaxşı, ora çıxınca qarşınızda kimi tapacaqsınız?” deyə soruşduq, aslanların biri də dilini-dodağını tərpətmədi, necədir sizinçün?! Təbii ki, onlar PKK-nın indi Qəndildə yox, Sincarda yuva qurmağını çox gözəl bilirlər.

Sistemin və iqtidarın iflasının etirafı!

Amma olmur , nə versələr, hansı qəhrəmanlıq mahnılarını oxusalar da istədikləri nəticədən çox uzaqdılar. Hardan bilirəm? Təbii ki, iqtidardakıların, "yazar” cildinə girmiş möhtərəmlərin və məsləhətçi cildində iqtisadiyyatçıların dediklərindən.

Son olaraq prezidentin baş məsləhətçisi Mehmet Uçum səhnəyə çıxdı və Türkiyədəki seçkilərdə parlamentdə prezident Ərdoğanla iş birliyini rədd edən bir müxalifətin seçildiyi təqdirdə seçkilərin təkrarən keçiriləcəyini dedi.

"Bu millətin iradəsinə olan inanca, bu demokrat ruh halına baxın, siz Allah”. Baş məsləhətçinin heç çətinlik çəkmədən, belə bir açıqlama verməsi hansı mənaya gəlir? Çox bəsit və çox da aydın deyilmi?

- Qalib gələnə qədər seçki!

Bunun oxşarını 2015 seçkilərində Dövlət bəyin də köməyi ilə eləmişdilər və uğurlu da alınmışdı. Amma xatırlamaqda fayda var. Çin atalar sözü var, belə deyir: - Eyni suada iki dəfə yuyunmaq olmaz!

16 il müxtəlif variantlarla, nəticəsi olmayan, yarımçıq kampaniyalarla, olmadısa

Seçki komitəsinin köməyi ilə yığılan səslər Günəş görmüş qar kimi əriyir. 16 aprel referendumu çox güclü bir mesaj idi.

24 iyunda isə sona çatacaq.

Cəhalətin rəsmi

Məncə, bu bütün dövrlərin ən vacib xəbərlərindən biri idi.

Rusiya Federasiyasına bağlı Başqırdıstanda yaşayan bir ailənin Qurani-Kərim bildikləri, 1926-cı ildə ərəbcə SSRİ cinayət məcəlləsi kitabını əmanət olaraq nəsildən-nəsilə ötürdükləri ortaya çıxdı.

Son olaraq, kitabın başında dua edən adamın da polis kimi işə başladığı məlum oldu. Mediyaya danışan Rafiya Zinatullina kitab macərasını belə anlatdı:

- Anam bunun müqəddəs kitab olduğunu, uşaqların sakit və hüzur içində olmağı üçün bir parça ilə sarıyıb yastığın altına qoyulmağının vacib olduğunu deyərdi. Ancaq illər sonra bunun müqəddəs kitab olmadığını başa düşdük.

O kitab indi Başqırdıstanın paytaxtı Ufada bir muzeydə saxlanılır.

Xəbəri görəndə pis oldum. İllərdir İslam aləmi ilə bağlı yazdığım yazılarım ağlıma gəldi.

- Dünyanın 54 İslam ölkəsinin niyə bu qədər geridə qaldığının, Qərbin peykinə çevrildiyinin, yoxsulluq və cəhalət bataqlığında çabaladığının fotosu idi o kitab.

Qurani-Kərim hansı sözlə başlayır? – Oxu. Təəssüf ki, bizim ölkəmizdə insanların yüzdə 82-sinin Quranı oxuya bilmir, bilirsinizmi? Geridə qalan yüzdə 18-in əcəba nə qədəri başa düşərək oxuyur, o da başqa bir sualdı. İslam dünyasının Qurandan başqa nə qədər və hansı kitabları oxuduğu da ayrı bir sualdı. İspaniyada ildə 10 min kitabın tərcümə edildiyini, bütün Orta Şərqdəki ölkələrinsə ümumilikdə 10 min tərcümənin olmadığını bilirdinizmi?!

Cahil olan geridə qalar, müstəmləkə olar, kölə olar, vəssalam!

Ümit Zileli

"Sözçü” qəzetindən dilimizə çevirən Emin Akif


TƏQVİM / ARXİV