ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

UNEC tələbəsi “Rəqəmsal maliyyə xidmətləri” müsabiqəsinin qalibi oldu

9558    |   2018-06-08 12:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

UNEC-in tələbəsi Əsəd Qaralov Azərbaycan Respublikasının Mərkəzi Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) birgə reallaşdırdığı yaradıcılıq müsabiqəsinin qalibi olub.

"Rəqəmsal maliyyə xidmətləri: müasir trendlər və çağırışlar” mövzusunda keçirilən müsabiqənin məqsədi gənclərin diqqətini müasir rəqəmsal maliyyə xidmətlərinin fayda və üstünlüklərinə yönəltmək, onları bu istiqamətdə maarifləndirmək olub.

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində mühasibat uçotu və audit ixtisası üzrə təhsil alan II kurs tələbəsi Ə.Qaralov müsabiqəyə Türkiyədən qatılıb. Hazırda "Erasmus+” tələbə mübadilə proqramı çərçivəsində təhsilini bir semestrlik Türkiyənin Hacettepe Universitetində davam etdirən Ə.Qaralov məqalədə müasir nağdsız ödəniş vasitələri, elektron bankçılıq, nağdsız ödənişlərin həcminin artırılmasının ölkə iqtisadiyyatında rolu və əhəmiyyəti, nağdsız ödənişlərin həcminin artırılması yolları, ödəniş kartlarından istifadə imkanları mövzularında araşdırma aparıb.

Məqalə Mərkəzi Bank və Dünya Bankı Qrupunun mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən müsabiqənin şərtlərinə uyğun meyarlar əsasında qiymətləndirilib. UNEC-in tələbəsinin məqaləsi müsabiqədə ən yaxşı ikinci məzmun nominasiyası üzrə qalib olub.

Qaliblər sertifikat və hədiyyələrlə mükafatlandırılıb.




İmza:
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (71.43%)
Qaynana (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi işə gəlir və iş yoldaşlarına başına gələn hadisəni danışır:
- Dünən məşuqəmin evinə qonaq getmişdim. Elə "işə" başlamaq istəyirdik ki, əri qapının zəngini çalır. Məşuqə dedi:
- Götür ütünü, ağları ütülə!
Bu zaman iş yoldaşlarından biri güldü:
- Bu hadisə Sovet küçəsi 3, mənzil 10-da olub?
- Hə.
- O ağları dünən yox, sırağa gün mən yumuşam!




digər lətifələr
ARXİV
FACEBOOK