Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Heminqueyin pişiyinin son saatlarını anlatdığı məktub Adalet.az | Heminqueyin pişiyinin son saatlarını anlatdığı məktub Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Heminqueyin pişiyinin son saatlarını anlatdığı məktub

16829    |   2018-06-08 14:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Məşhur Amerika yazıçısı Ernest Heminquey, Kubdakı evi Finca Vigiadan dostu Gianfranko İvançiçə yazdığı 22 fevral 1953-cü il tarixli məktubunda sevimli pişiyi Unsl Uillinin son saatlarını anladır:

"Sevgili Gianfranko;

"Tam sənə yazmağı bitirib məktubu zərfə yerləşdirirdim ki, Meri aşağı düşdü və "Uillinin başına dəhşətli bir iş gəlib” dedi. O dəqiqə çölə çıxdım və Uillini yerdə gördüm: hər iki sağ ayağı birdən qırılmışdı; biri dizdən yuxarı, biri isə dizdən aşağı. Görünür, ya maşının altında qalmışdı, ya da kimsə dəyənəklə vurmuşdu. Evə qədər bütün yolu o biri yanındakı sağlam ayaqlarıyla gəlmişdi. Sümükləri qırıq-qırıq olmuş, yaranın içinə dağılmışdı və bəzi parçaları isə bayıra çıxmışdı. Amma o, hələ də mırıldayır və onu sağalda biləcəyimə əmin görünürdü.

Renedən ona bir şüşə süd gətirməsini xahiş etdim, Rene onu qucağına aldı və tumarlamağa başladı. Və bir az sonra Uilli südünü içərkən onun başına atəş açdım. Çox incitdiyini düşünmürəm, bütün sinirləri əzilmişdi, ona görədə ayaqları hələ ağrımağa başlamamışdı. Mənim yerimə Monstro atəş açmaq istədi, amma mən bu məsuliyyəti heç kimə həvalə edə bilməzdim, Uillinin bir gün onu başqasının vurduğunu bilmə ehtimalına icazə verə bilməzdim.

Səninçün, həqiqətən çox darıxıram. Uilli üçün çox darıxıram. Mən əvvəllər də kimisə vurmuşdum, amma tanıdığım və 11 ildir sevdiyim birini yox. Hələ üstəlik, iki qırıq ayağıyla mırıldayan birini heç vaxt...”



İmza:Oğuz Ayvaz
SON XƏBƏRLƏR
2018-12-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Arsenal"?

"Qarabağ" (100%)
"Arsenal" (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Faiq Qismətoğlu xəstəxanaya gəlir. Həkim:

- Özünüzlə yatacaq gətirmisiniz?

- Bəli.

- Sizə lazım olan bütün dava-dərmanları da gətirmisiniz?

- Bəli.

- Bəs, bu yanınızdakı ağ xalatlı kimdi?

- Bu da həkimdi. Dedim, birdən sizdə həkim də olmaz, özümlə gətirdim.





digər lətifələr
ARXİV
FACEBOOK