Adalet.az | Makron:“ABŞ-ın hegemonluğuna imkan vermərik” Adalet.az | Makron:“ABŞ-ın hegemonluğuna imkan vermərik” Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Makron:“ABŞ-ın hegemonluğuna imkan vermərik”

9041    |   2018-06-08 10:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Fransa prezidenti G7 zirvəsi zamanı imzalanacaq yekun bəyannamədə ABŞ-ın imzasının olmama ehtimalının yüksək olduğunu deyib.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Vaşinqtonun öz tərəfdaşları ilə gömrük rüsumu və ticarət münasibətlərində razılıq əldə etməməsidir.

"Ola bilsin, ABŞ prezidenti təcridə olunmağa qarşı deyil. Və biz də qlaan 6 ölkə olaraq yekun bəyannaməni imzalamağa qarşı deyilik”.

G7-yə ABŞ-dan savayı Böyük Britaniya, Almaniya, İtaliya, Yaponiya, Kanada və Fransa daxildir.

"Bu 6 ölkə tarixə söykənən beynəlxalq gücə və nüfuza malikdir”-deyə Makron "Twitter”də yazıb. O, tək ölkənin dünya iqtisadiyyatının hegemonuna çevrilməsinə icazə verməyəcəklərini deyib.

"G7-nin 6 ölkəsi ABŞ-dan daha böyük bazarı əhatə edir. Düzgün təşkilatlansaq, tək ölkənin dünya hegemonluğuna imkan vermərik. Biz bunu istəmirik”.

Avropa Birliyi və ABŞ arasında narazılıq iyunun 1-dən Trampın Birlik ölkələrindən ixrac edilən polad və alüminium məhsullarına vergini artırması ilə bağlıdır.(modern.az)





İmza:
SON XƏBƏRLƏR
2018-08-19
2018-08-18
2018-08-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu, babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK