adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
08 Iyun 2018 09:53
20843
ELM VƏ TƏHSİL
A- A+

BANM-ın tələbələri “İlin ən yaxşı tələbələri” seçildilər

Bakı Ali Neft Məktəbinin (BANM) iki tələbəsi –"Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının 1-ci kurs tələbəsi Mahirə Əsədzadə və həmin ixtisasın 2-ci kurs tələbəsi Abdulla Əsgərzadə 25-ci Beynləlxalq Xəzər Neft və Qaz sərgi-konfransında ali məktəbə ən yüksək balla daxil olduqları və uğur əldə etdikləri üçün "İlin ən yaxşı tələbəsi” adına layiq görülüblər.

Adalet.az-ın məlumatına görə, tələbələr sertifikat və pul mükafatı ilə təltif olunublar.

Qeyd edək ki, hər iki tələbə BANM-a 700 balla daxil olub. Abdulla Əsgərzadə BANM-a qəbul olduqdan sonra qısa bir müddətdə İELTS imtahanından 6.5 bal toplayaraq birbaşa Ali Məktəbin 2-ci kursuna qəbul olunub. Mahirə Əsədzadə isə 2 milyard ton neftin hasilatı ilə bağlı keçirilən böyük tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin qarşısında möhtəşəm çıxışı ilə hər kəsin diqqətini qazanmışdı.