adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
07 Iyun 2018 17:24
7519
HADİSƏ
A- A+

FHN: Nərimanov heykəli yaxınlığındakı ağaclıqda baş verən yanğın söndürülüb

Bakının mərkəzində ağaclıq ərazidə yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən verilən məlumata görə, hadisə Yasamal rayonunda, Nəriman Nərimanovun heykəlinin ətrafındakı ağaclıqda baş verib.

Hadisə nəticəsində ərazidəki kol-kos yanıb.

FHN-in yanğınsöndürmə briqadası tərəfindən yanğının qarşısı alınıb və tam söndürülüb.