adalet.az header logo
  • Bakı 7°C
10 Iyun 2018 12:02
23851
MƏDƏNİYYƏT
A- A+

Yeni tamaşa: “Tənbəl Əhməd”

İyunun 10-da Gənc Tamaşaçılar Teatrında "Tənbəl Əhməd” adlı yeni tamaşanın premyerası olacaq.

Teatrdan verilən xəbərə görə, Azərbaycan xalq nağılı əsasında səhnələşdirilən "Tənbəl Əhməd” gənclər və yeniyetmələrə xeyirxahlıq, zəhmətkeşlik, sədaqətlilik kimi keyfiyyətləri aşılayır.

Quruluşunu gənc rejissor Ayla Osmanovanın verdiyi tamaşada rolları Əməkdar artistlər Nəsibə Eldarova, Vahid Əliyev, aktyorlardan Səbinə Məmmədova, Zümrüd Quliyeva, Anar Seyfulayev, Müşfiq Əliyev, Küşvər Şərifova, Xəyalə Meydanova, Sona Babayeva və başqaları ifa edirlər.