adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
07 Iyun 2018 17:33
12021
GÜNDƏM
A- A+

İraqın baş naziri İlham Əliyevə məktub göndərib

İraqın baş naziri Heydər əl-İbadi Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Adalet.az xəbər verir ki, məktubda deyilir: "Əs-səlamu aleykum va rahmatullahi va barakatuhu. Zati-aliləri. Milli bayramınız – Respublika Günü münasibətilə Sizə, Azərbaycan xalqına və hökumətinə İraq Respublikası hökuməti və xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.

Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına rifah və əmin-amanlıq diləyirəm. Fürsətdən istifadə edərək xalqlarımız arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin dərinliyini vurğulayıram.

Zati-aliləri, ən dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".