adalet.az header logo
  • Bakı 20°C
07 Iyun 2018 17:21
8141
MƏMLƏKƏT
A- A+

Türk dilində yazılmış ilk “İsgəndərnamə” Bakıda

Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Tehranın Məclis kitabxanasından osmanlı şairi Tacəddin İbrahim Əhmədinin "İsgəndərnamə” poemasının surətini əldə edib.

8 min beytdən artıq həcmdə olan bu əsər türkcə ilk "İsgəndərnamə”dir.

Qeyd edək ki, Əhmədi osmanlı ədəbiyyatında Nizami ədəbi məktəbinin ən görkəmli nümayəndələrindəndir.

Şair bu əsəri 1390-cı ildə I Sultan Bəyazidin oğlu Əmir Süleymana təqdim edib. kulis.az