ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

“Made in Azerbaijan-3” qalibləri Türkiyə texnoparklarının təcrübəsini öyrənirlər

8231    |   2018-06-07 15:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Made in Azerbaijan-3” biznes ideya müsabiqəsinin qalibləri və yarışın təşkilat komitəsinin üzvləri Türkiyənin aparıcı universitetlərində olublar.

Adalet.az xəbər verir ki, "Kapital Bank”ın maliyyə dəstəyi ilə baş tutan səfərin məqsədi Türkiyənin aparıcı universitetlərinin startap və texnopark təcrübəsini öyrənmək olub. UNEC-in Karyera Mərkəzinin direktoru Fuad Əliyev, İnnovativ Biznes İnkubatorun direktoru Mircavid Həsənov və qaliblər Eşqin Cəfərov, Elçin Süleymanov, Toğrul Mirzəyev İstanbul Texniki Universiteti (İTU) və Yıldız Texniki Univerisitetinin (YTU) texnopark və biznes inkubatorları ilə tanış olublar.

İstanbul Texniki Universitetində UNEC-in nümayəndə heyətinə texnoparkın fəaliyyəti, startapları və həyata keçirdikləri layihələr haqqında ətraflı məlumat verilib, həmçinin yeni startap məhsulları və xidmətlər nümayiş olunub. Görüşdə texnoparklarla beynəlxalq təşkilatların üzvlük məsələləri də müzakirə edilib.

UNEC nümayəndələri səfərin ikinci günü Türkiyənin zəngin təcrübəyə və ən böyük texnoparkına sahib olan Yıldız Texnik Universitetində olublar. M.Həsənov onlara UNEC-in İnnovativ Biznes İnkubatoru, startaplar və "Made in Azerbaijan” biznes ideya müsabiqəsi barədə məlumat verib. Sonra UNEC-in tələbələri texnoparkın rəhbərliyi qarşısında qalib olduqları layihə ilə bağlı təqdimatla çıxış ediblər.

Görüş zamanı YTU-nun nümayəndələri biznes yarışlar, startaplar və ən son yeniliklər barədə danışılar. Sonra ziyarətçilər universitetin Davutpaşa tədris binasında fəaliyyət göstərən texnopark, startap və müasir texnologiyalarla təchiz edilən emalatxanalara baxış keçiriblər. YTU-nun Biznes İnkubatorunda Medron Texnoloji şirkətinin məhsulları və layihələri ilə tanış olublar.

Səfər çərçivəsində UNEC İnnovativ Biznes İnkubatoru ilə İTU və YTU Texnoparkları arasında əməkdaşlıq məsələləri müzakirə olunub, birgə seminar, təlim və layihələrin həyata keçirilməsi və təcrübə mübadiləsinin genişləndirilməsinə dair razılıqlar əldə edilib.

Qeyd edək ki, "Made in Azerbaijan-3” biznes ideya müsabiqəsi Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, "Kapital Bank” ASC və UNEC-in birgə təşkilatçılığı ilə tələbələr arasında keçirilib.




İmza:

700 bal toplayanlara UNEC-də ikinci ixtisas ödənişsiz olacaq

“UNEC-in ikinci əlaçı təqaüdü təhsilimizə, inkişafımıza investisiya etmək şansı verdi” - MÜSAHİBƏ

Bakı Ali Neft Məktəbində nazirliklə birgə təqdimat keçirilib

Olimpiada qalibləri UNEC-in xüsusi təqaüdünü qazanacaq

Tələbələrin köçürülmə və yerdəyişməsinin nəticələri bu ayda açıqlanacaq

BANM-ın tələbələri Petkimdə işə və təcrübəyə başlayır

Nazir müavini: “Buraxılış siniflərində imtahan nəticələri 4,75 faiz yaxşılaşıb”

BANM-da ilk MBA proqramına qəbul 100% oldu

UNEC-in dissertantı Gəncə hadisələrini pislədi: “Gənclər bilməlidirlər ki…”

Magistratura üzrə respublika 1-cisi: “Təhsilimizi UNEC-də davam etdirmək uğurlu olacaq”

QUZU KƏSƏRƏM BELƏ TƏHSİLƏ

Gənc müəllim: “Hər iki universitet öz ölkəsində ən yaxşısıdır” - MÜSAHİBƏ

Müəllimlərin nəzərinə: Nazirlik vakant yerlərin sayını açıqladı

BANM-ın 15 məzunu SOCAR-ın Kompleks Qazma Trestində işə başlayıb

UNEC-n Zaqatala filialında təhsil haqları azaldılıb

"BANM-a qəbul olmağım həyatımda dönüş nöqtəsi oldu"

UNEC-in gənc müəllimi ABŞ universitetində tədqiqat aparır

BANM-ın məzunları Karbamid zavodunda işə başladılar

Magistratura üzrə respublika 1-cisi: “Təhsilimizi UNEC-də davam etdirmək uğurlu olacaq”

BANM-ın tələbələri Petkimdə işə və təcrübəyə başlayır

UNEC-in dissertantı Gəncə hadisələrini pislədi: “Gənclər bilməlidirlər ki…”

Tələbələrin köçürülmə və yerdəyişməsinin nəticələri bu ayda açıqlanacaq

SON XƏBƏRLƏR
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir məşhur həkim öz işini oğluna tapşırır. Oğlu işdən evə sevinclə qayıdaraq deyir:
- Ata, sənin 30 ildir müalicə edə bilmədiyin xəstəni mən bir günə müalicə etdim.
Atası əsəbiləşərək deyir:
- Sən nə etdin?! Mən 30 ildir ailəmi o xəstənin hesabına saxlayıram.




digər lətifələr
ARXİV
FACEBOOK