ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Bakı Ali Neft Məktəbi Çin Neft Universiteti ilə əməkdaşlıq edəcək

10105    |   2018-06-07 15:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Çin Neft Universitetinin (Pekin) nümayəndə heyəti ilə görüşüb.

Ali Məktəbdən Adalet.az-a verilən məlumata görə, görüşdə Çin Neft Universitetinin vitse-prezidenti, professor Dong Zhaoxia, universitetin beynəlxalq təhsil kollecinin dekanı, professor Zhang Yongxue, beynəlxalq ofisinin bölmə rəhbəri Li Lingyun, beynəlxalq təhsil kollecinin tələbələrin axtarışı şöbəsinin əməkdaşı Günay Əliyeva və Ali Məktəbin məsul əməkdaşları iştirak ediblər.

Rektor Elmar Qasımov qonaqları Ali Məktəbin kampusunda salamlayaraq onlara BANM haqqında və burada tədris edilən ixtisaslar haqqında informasiya verib.

Rektor qeyd edib ki, BANM-da tədris edilən "Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası ötən il Azərbaycanda "İlin ən nüfuzlu ixtisaslı” seçilib. Rektor həmçinin bildirib ki, hər iki universitetdə tədris ingilis dilində olduğundan BANM ilə Çİn Neft Universiteti arasında tələblər arası mübadilə proqramı rahat şəkildə həyata keçirilə bilər.

Çin Neft Universitetinin vitse-prezidenti, professor Dong Zhaoxia 1953-cü ildə yaranmış Çinin ilk Neft Universitetinin bu il 65 ilinin tamam olduğunu bildirib və bu münasibətlə Ali Məktəbin rektoru Elmar Qasımovu 22 sentyabr 2018-ci il tarixində Çində keçiriləcək "Energetika universitetlərinin rektorlarının Forumu”na dəvət edib. Dong Zhaoxia Çin Neft Universitetinin BANM-la əməkdaşlığında maraqlı olduğunu və birgə tələbə mübadilə proqramları, neft-qaz sektoru üzrə təhsil alan çinli tələbələrin Azərbaycanda istehsalat təcrübələrinin təşkilini əsas prioritetlərdən hesab etdiyini bildirib.

Tərəflər arasında müzakirələrdən sonra yaxın zamanda BANM-ın iki tələbəsinin Çin Neft Universitetində, 2 çinli tələbənin isə BANM-da təhsilini davam etdirməsi haqqında razılığa gəlinib. Həmçinin BANM ilə Çin Neft Universiteti arasında bu ilin sentyabr ayında müqavilə imzalanması qərarlaşdırılıb.




İmza:
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (71.43%)
Qaynana (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi işə gəlir və iş yoldaşlarına başına gələn hadisəni danışır:
- Dünən məşuqəmin evinə qonaq getmişdim. Elə "işə" başlamaq istəyirdik ki, əri qapının zəngini çalır. Məşuqə dedi:
- Götür ütünü, ağları ütülə!
Bu zaman iş yoldaşlarından biri güldü:
- Bu hadisə Sovet küçəsi 3, mənzil 10-da olub?
- Hə.
- O ağları dünən yox, sırağa gün mən yumuşam!




digər lətifələr
ARXİV
FACEBOOK