Əbülfət MƏDƏTOĞLU: NAXÇIVANDA AÇDIĞIM SƏHƏR - İKİNCİ YAZI

ƏBÜLFƏT MƏDƏTOĞLU
52094 | 2018-06-07 15:16

Yazıma başlamamışdanöncə oxuculardan diqqətsizliyə görə üzr istəyirəm. Mexaniki olaraq Naxçıvan AliMəclisinin deputatı, qələm yoldaşım, həmkarım, yazıçı-publisist dostum, son dərəcəsadə və təvazökar insan olan Fərəc müəllimin soyadı məqalədə yalnış getmişdi. Vəelə bu yalnışlığın özünü bir naxış sayaraq demək istəyirəm ki, hava limanından şəhərəgələndə dostum Əbülfəz Ülvi sözarası soruşdu:

- Öncə hara gedəcəyik?

Təbii ki, mən dəəvvəlcədən özüm üçün müəyyənləşdirdiyim hazırcavabı dərhal dilimə gətirirəm və deyirəm:

- Yazıçılar Birliyinə!

Hiss edirəm ki, cavabımƏbülfəzin də ürəyincə oldu. O da gülümsəyərək dedi:

- Asim də, Fərəcdə səni indi orada gözləyirlər

Səhər yeməyindənsonra Yazıçılar Birliyinin yerləşdiyi məhəlləyə gəldik. Doğrusunu deyim ki, belə bir mötəbər binanın üstqatında yazıçılar üçün yer ayrılması, onlara görüşmək, həmsöhbət olmaq, fikir bölüşmək,bir-birindən xəbər tutmaq imkanı yaratmaq çox ürəyimcə oldu. Hiss etdim ki, Naxçıvandasözün, qələmin, söz adamının yeri, nüfuzu yetərincədi. Təbii ki, bu, zaman-zaman,necə deyərlər, kərpic-kərpic qurulub ucaldılmış bir ənəndi. Bu ənənə şəhəri bəzəyənmüqəddəs ünvanların timsalında da özünü göstərir. Mən ötən səfərimdə ziyarət etdiyimHüseyn Cavid ocağının, Möminə Xatun türbəsi və digər böyük aydınlarımızın adınıdaşıyıb ruhunu əbədiləşdirən məkanların timsalında bu gün Naxçıvanda yaşayıb, yazıb-yaradansöz adamlarına olan münasibətə bir iç rahatlığıyla baxıb hər şeyin kökdən, soydangəldiyinə bir daha əmin oldum. Və buradaca onu da vurğulayım ki, Yazıçılar Birliyininünvanı kifayət qədər tanınan və binanın özünün görkəmi də sözün çəkisinə, sambalınagüc, maraq, diqqət əlavə edən bir səviyyədədir.

Buda Asim Yadigarın iş otağı. Naxçıvan yazıçılarının rəhbəri olan Asim müəllim həmdə Muxtar Respublikanın Ali Məclisinin deputatıdır. Elə onunla birlikdə indiki andagörüşdüyüm Fərəc Fərəcov da Ali Məclisdə təmsil olunur. Mən hər iki dostumla çoxsəmimi, könülə rahatlıq verəcək bir sevgiylə görüşürəm. Və hər ikisinin də baxışlarından,təmasından duyuram ki, ilin-günün bu məqamında qapılarını döyən dostun gəlişindənməmnundular. Sanki onlar bizim görüşümüz üçün mənim hazırlaşdığım, təlaşlandığımsəviyyədə və bəzən də ondan artıq hisslər, duyğular yaşayıblar. Söhbətləşirik. Bir-birimizdənhal-əhval tuturuq. Naxçıvan əbədi mühiti barəsində ayaqüstü də olsa bilgilər əldəedə bilirəm. Hətta öyrənirəm ki, Ali Məclisin sədri Naxçıvan yazarlarına bu məkanıbağışlayanda, daha dəqiq ifadə etsəm, onlar üçün işləmək şəraiti yaradanda vurğulayıbki, Naxçıvanın ədəbiyyat adamları Azərbaycanın və dünyanın ədəbi mühitində bundansonra da özlərini, imzalarını diqqət mərkəzində saxlayacaqlar. Axı bu ədəbi mühitinünlü simaları yetərincədi. Sözarası Asim müəllim onu da vurğulayır ki, YazıçılarBirliyinin kitabxanası da var, istəsən baxa bilərsən. Çox böyük həvəslə kitabxanayabaş çəkirəm. Dünya ədəbiyyatının nümunələri ilə yanaşı, Azərbaycanın, eləcə də Naxçıvanınədəbiyyat adamlarının, yəni yazarlarının işıq üzü görən kitablarından nümunələrbu kitabxanada çox səliqəli bir şəkildə yerləşdirilibdir. Mənim üçün maraqlı olanməqamlardan biri də bu oldu ki, Yazıçılar Birliyinin azsaylı əməkdaşları bu müqəddəsünvanı və onun işlərini elə rahatlıqla yerinə yetirirlər ki, nə respublika rəhbərliyi,nə də naxçıvanlı yazarlar narazı qalmırlar. Amma ürəyimdən keçən bir məqamı da burdadilə gətirmək istərdim. Zənnimcə, Birliyin böyük bir zalının da olması və burada oxucularla görüşlərin təşkilinəşərait yaradılması həm ədəbiyyatımızın, həm də Muxtar Respublikanın ictimai-siyasihəyatının daha da rəngarəng olmasına bir dəstək, bir yardım ola bilər…


YazıçılarBirliyindəki söhbət zamanı mən bir daha əmin oldum ki, Muxtar Respublikada insanlarıntəkcə daxili yox, həm də bir ictimai-siyasi rahatlığı da öz axarıyla gedir. Adamlarburda doğulduqlarına, yaşadıqlarına görə, həm Allahdan, həm də özəl talelərindənçox məmnundular. Tam səmimi bir şəkildə söyləməkistərdim ki, həmin anda mənim də içimdən bu qədim şəhərin sakini olmaq arzusu gəlibkeçdi. Və elə oradaca dostlarıma söyləməsəm də, elə ürəyimdəcə yazdım ki:


Yağış,ara ver yağmağa,

Ruhumuözünə köçür…

Gəlmişəmoğlun olmağa

Məniköynəyindən keçir -

Qədimşəhər!


Tənhagəzib dolaşıram

Safhavana bulaşıram…

Baxgör sənə yaraşıram?

Mənəümid nuru içir –

Qədimşəhər!


İtirdiyimyurd adına

QoşuldumBoz Qurd andına!

Mənidə qat həyatına

Könlümyalnız səni seçir –

Qədimşəhər…


Bəli,biz Yazıçılar Birliyindən çıxıb öncə Şəhidlər Xiyabanını ziyarət edirik. Torpaqlarımızınbütövlüyü uğrunda həyatlarını qurban vermişbu insanların ruhu önündə baş əymək, onlara ehtiram göstərmək hər kəsin borcudur.Özü də təkcə vətəndaşlıq borcu yox, həm də insanlıq borcudur. Söz, qələm adamı olaraqmən də dostlarımla birlikdə həmin ünvanı ziyarət etməyi və ordakı bir anlıq sükutzamanı o ruhların həmsöhbətinə çevrilməyi hələ Bakıda olanda qərarlaşdırmışdım.Dostlar da istəyimə dəstək verdilər. Doğrudur, iş zamanı olduğundan vəzifəsini icraedən dostların bu tədbirə qatılmaması heç də məni sıxmadı. Öncə ona görə ki, onlarzaman-zaman bu ziyarəti gerçəkləşdirirlər. İkincisi isə mən Naxçıvana etdiyim busəfərdə öncədən kimlərisə işdən ayırmaq, kimlərinsə işinə problem yaratmaq istəyindənuzaq olmuşam. Özlüyümdə qərar vermişəm ki, bu qədim şəhəri təkbaşıma gəzib dolaşacam.Və bu istəyimi də hələ ki, içimdə gizlədib saxlayıram. İstəmirəm ki, dostlarım buistəyimə görə narahatlıq keçirsinlər…


Buda Şəhidlər Xiyabanı! Son dərəcə gözəl bir memarlıq, bir rəhbərlik və bir də ehtiramnümunəsi… Hər tərəfdə gül-çiçək və bu gül-çiçəyin ətri hopmuş bir sükut… Mən buŞəhidlər Xiyabanında şəhidlərin hamısına eyni bir münasibətin, eyni bir yanaşmanınşahidi olmaqla bərabər, həm də bir qürurun da ağuşuna düşdüm. Xiyabanda xidmət edən,yəni orada təmizliyə, yaşıllığa görə məsuliyyət daşıyan insanların üzlərinə baxıram.Onlar bu xidmətdən bir məmnunluq duyurlar. Onlar bu xidmətin savab olduğunu sankiözlərinə hopdurublar. Ona görə də adamların çöhrəsindəki ifadələri sözə çevirmək,misralamaq və onu bitkin bir fikir kimi ifadə etmək həm çətin, həm də son dərəcəmaraqlıdı.

Bilirsiniz,bu ifadələr, bu fikirlər Tanrı ilə bəndəsinin arasındakı zaman və məkan kəsiyinidualarla tamamlayıb, dualarla bəzəyibdi. Çünki şəhidlərimizin Tanrı dərgahında olanyeri yalnız və yalnız dualarla, gül-çiçəklə bəzənmək və xatırlanmaq üçün nəzərdətutulub. Onları başqa cür anmaq, başqa cür onlarla təmas qurmaq məncə mümkün deyil. Elə ona görə də mən hələ hava limanında olarkənçox narın bir şəkildə çilənən yağışın birdən-birə şıdırğı gürşada çevrilməsini çoxnormal qəbul etdim. Və həmin an bu yağışın mənim yol yorğunluğumu, mənim iç dünyamayük olan qayğılarımı, ağrı-acımı necə yuduğunu da hiss etdim...

ŞəhidlərXiyabanındakı ziyarətimizi başa vurub Fərəc müəllimlə, Əbülfəz müəllimlə birlikdəelə buradaca tanış olduğum şəhid qardaşı Yalçınla söhbət edirəm. Qardaşının Sədərəkdəşəhid olduğunu öyrənirəm. Və onu da öyrənirəm ki, İlkin 1992-ci il may ayının19-da snayper gülləsinə tuş gəlib. O, Naxçıvan polisinin nəzdindəki xüsusi təyinatlıdəstənin 14-cü bölüyünün üzvü olub. Onunqəhrəmanlığı barəsində Naxçıvanda hamı ağızdolusu danışır…

Mənəelə gəlir ki, hər bir insan üçün ürəyinə, ruhuna, dünyasına, əqidəsinə doğma olankəslərlə bir masa ətrafında, bir süfrə başında oturmaq, fikir bölüşmək, çay içibhəmsöhbət olmaq təkcə unudulmaz anlar deyil, həm də yaddaqalan ömrü mənalandıran,şirin xatirəyə çevirən məqamlardı. Bu məqamların ömrü onun iştirakçısının ömrü qədərdi.Və mən də indi dostların əhatəsində Naxçıvanın yaddaqalan, maraqlı, həm də görünüşüilə insanda xoş təəssürat yaradan və naxçıvanlıların "Söyüdlü” adlandırdıqları güşəyəçəkilirik…

Naharfasiləsidi. İndi Asim müəllim də bizə qoşulubdu. Əslində bu nahar etməkdən dahaçox bir poeziya, ədəbiyyat adamlarının bir araya gəlməsidi, dəyirmi masasıdı. Bir-birindən,bir-birinin yaradıcılığından, bir-birinin ailəsindən, iş-gücündən xəbər tutmasıdı…Biz də belə edirik… Fərəc müəllimin hekayələrindən başlayıb Əbülfəz müəllimin poeziyasına,Asim müəllimin poemalarına və mənim «Ədalət»insəhifələrində işıq üzü görən yazılarıma münasibətləri, özü də sərt oxucu mövqeyiilə münasibətləri dilə gətirə-gətirə bu torpağın ruzi-bərəkətindən dadırıq… Yağış isə yenə narın-narın yağır.

(Ardı var)


TƏQVİM / ARXİV