adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
07 Iyun 2018 15:14
21937
ŞOU-BİZNES
A- A+

Roza bu dəfə Pərvinlə plan qurur: “Çıxaraq ölsün”

"Maşın” realiti-şousunda mübarizə davam edir.

Axşam.az-ın məlumatına görə, müğənni Roza Zərgərli hər gün şouda biri ilə plan qurur. Ötən gün isə Rozanın aktrisa Pərvin Abıyeva ilə gizli plan quran zaman çəkilən videosu yayımlanıb.

Roza Aytən Səfərovanı Mətanət Əliverdiyevanı çıxarmadığı üçün qınayıb:

"Keçən dəfə ona şans verdik, edə bilmədi. İndi bu biri dedi ki, mənə şans verin, ayrıseçkilik etməyin. Sən də Əli Mirəliyevlə Firəngiz Müsəvini vuran deyilsən ki... Uran və Abbasla da dostsan. Məni də vurmayacaqsan. Qaldı iki nəfər, çıxardaq ora. Birinci reklam fasiləsində orada ölsün”.

Pərvin isə "Balacanı vuracam” cavabını verib.

Qeyd edək ki, onlaraparıcı Aytən Səfərova və müğənni Rahidə Baxışovanı nəzərdə tutub.