ANA SƏHİFƏ / SİYASƏT

Rusiya “Qarabağ”ın danışıqlarda iştirakına münasibət bildirdi

7503    |   2018-06-07 14:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Rusiya xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ separatçılarının danışıqlar masasına qaytarılmasına münasibət bildirib.

Adalet.az xəbər verir ki, Lavrovun sözlərinə görə, rəsmi Moskvanın mövqeyi dəyişməzdir. O, qeyd edib ki, münaqişə Ermənistan və Azərbaycanın iştirakı ilə ATƏT-in Minsk qupunun həmsədrləri vasitəsi ilə sülh yolu həll olunmalıdır.

"Biz ümidvarıq ki, bu optimal formatdır. Rusiya ilə yanaşı digər həmsədr dövlətlər - ABŞ və Fransa da fikirləşir ki, danışıqlar Minsk qrupu vasitəsilə nizamlanma prosesinə zidd olmamalı və bu, Bakı və İrəvanın danışıqları davam etdirməsinə imkan verməlidir. Müəyyən dövrdə "Dağlıq Qarabağ" danışıqlarda iştirak edib. Sonra əldə olunana razılaşmaya əsasən iştirak dayandırıldı. ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Papov deməyib ki, "Dağlıq Qarabağ" danışıqlar masasına mütləq qayıtmalıdır. Siz onun sözlərini təhrif etməyin.

Əgər münaqişə tərəfləri hansısa mərhələdə "Dağlıq Qarabağ"ın danışıqlarda iştirak etməsi barədə razılığa gəlsələr, biz bu qərara hörmət edəcəyik”.



İmza:
SON XƏBƏRLƏR
2018-06-22
17:29 ÜMİD
15:24 İNSAN


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (22.23%)
Argentina (11.11%)
İspaniya (22.22%)
Almanıya (44.44%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ermənilərlə bacı-qardaş olduğumuz vaxtlardı. Moskvada Yazıçılar Evinin restoranında Zakir Fəxri yeyib-içir. Bu vaxt bir erməni yazıçı da gəlib onunla bir stolda oturur. Hesab vaxtı gələndə erməninin 20 qəpiyi düşür stolun altına. Erməni əyilib pulu axtarır. Zakir Fəxri dərhal bir iyirmi beşliyi yandırıb tutur stolun altına, erməniyə deyir:

- Kirvə, axtar.

Erməni pərt olur. Restorandan çıxırlar, asılqandan paltolarını götürəndə erməni Zakirin acığına asılqanda işləyən kişiyə bir əllilik verir.

Zakir əlini atır cibinə, görür ki, o qədər pulu yoxdu, əlini yelləyib deyir:

- Brat, paltonu bağışladım sənə, geyinərsən. Mən dünən QUM-dan fransuzski əla bir palto almışam.





digər lətifələr
ARXİV
FACEBOOK