ANA SƏHİFƏ / İDMAN

Ronaldo qərarını verdi - gedir

7326    |   2018-06-07 14:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Real"ın futbolçusu Kriştiano Ronaldo Madrid klubundan ayrılmağa qərar verib.

Qol.az-ın "Record"a istinadən yaydığı xəbərə görə, onun qərarının qəti olduğu idda olunur. Bildirilib ki, klub prezidenti Florentino Peres portuqaliyalı hücumçunun meneceri Jorje Mendeşə onun maaşla bağlı tələbini yerinə yetirə bilməyəcəyini çatdırıb. Peresin onu aldatdığını hesab edən Ronaldo klubdan ayrılmaq qərarına gəlib. Çünki bundan əvvəl "Real" 33 yaşlı oyunçu ilə müqavilənin yaxşılaşdırılması ilə bağlı razılığa gəlmişdi.

Qeyd edək ki, Ronaldonun ilinə 80 milyon avro olmaqla 3 illik yeni müqavilənin bağlanmasını istədiyi iddia olunurdu. O, hazırda Madrid klubunda ilinə 21 milyon avro qazanır.




İmza:
SON XƏBƏRLƏR
2018-06-22
17:29 ÜMİD
15:24 İNSAN


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (22.23%)
Argentina (11.11%)
İspaniya (22.22%)
Almanıya (44.44%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ermənilərlə bacı-qardaş olduğumuz vaxtlardı. Moskvada Yazıçılar Evinin restoranında Zakir Fəxri yeyib-içir. Bu vaxt bir erməni yazıçı da gəlib onunla bir stolda oturur. Hesab vaxtı gələndə erməninin 20 qəpiyi düşür stolun altına. Erməni əyilib pulu axtarır. Zakir Fəxri dərhal bir iyirmi beşliyi yandırıb tutur stolun altına, erməniyə deyir:

- Kirvə, axtar.

Erməni pərt olur. Restorandan çıxırlar, asılqandan paltolarını götürəndə erməni Zakirin acığına asılqanda işləyən kişiyə bir əllilik verir.

Zakir əlini atır cibinə, görür ki, o qədər pulu yoxdu, əlini yelləyib deyir:

- Brat, paltonu bağışladım sənə, geyinərsən. Mən dünən QUM-dan fransuzski əla bir palto almışam.





digər lətifələr
ARXİV
FACEBOOK