warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | Rəsmi Bakı Paşinyanın separatçı çıxışına reaksiya verdi Adalet.az | Rəsmi Bakı Paşinyanın separatçı çıxışına reaksiya verdi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Rəsmi Bakı Paşinyanın separatçı çıxışına reaksiya verdi

13971    |   2018-06-07 14:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Ermənistan rəhbərliyi tərəfindən verilən bu kimi açıqlamaları münaqişənin həlli üzrə danışıqlar prosesini pozmağa və işğala əsaslanan status-kvonu saxlamağa yönəlmiş qeyri-konstruktiv addım kimi qiymətləndiririk".

Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamasına münasibət bildirən Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu və işğalın davam etməsi bilavasitə münaqişə tərəfi kimi Ermənistanın beynəlxalq hüquqi məsuliyyətini müəyyən edir.

"Ermənistan rəhbərliyini əldə edilmiş razılaşmaların kağız üzərində qalması narahat edirsə, onda BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərini yerinə yetirməlidir. Bu qətnamələrdə işğalçı qoşunların dərhal, tam və qeyd-şərtsiz işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması tələb olunur.

Ermənistanın yeni rəhbərliyinə xatırlatmaq istərdik ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasının da vətəndaş statusu dəyişməyib. Onlar Dağlıq Qarabağın Azərbaycan icması ilə birlikdə Azərbaycan Respublikasının vətəndaşları olaraq qalmaqda davam edirlər. Dağlıq Qarabağda cərəyan edən son proseslər bir daha nümayiş etdirdi ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması mütəşəkkil cinayətkar qruplaşma və mafiya strukturunun total əsarəti və istismarındadır".

O, qeyd edib ki, danışıqlar prosesi ilə əlaqədar Azərbaycan tərəfi öz mövqeyini açıq və birmənalı şəkildə dəfələrlə ifadə edib. Münaqişənin tezliklə həll edilməsi, regionda davamlı sülh və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan mövcud format və gündəlik əsasında danışıqların davam etdirilməsinə hazırdır:

"Danışıqların hədəfi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, etnik təmizləməyə məruz qalmış azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının təmin olunmasıdır. Ermənistan tərəfi anlamalıdır ki, işğalçı və təcavüzkar ölkə olan Ermənistanla 25 ildən artıq danışıqların aparılması Azərbaycanın ən böyük güzəştidir", -deyə XİN rəsmisi vurğulayıb.




İmza:

XİN ABŞ vətəndaşının adını "arzuolunmaz şəxslər" siyahısından çıxarıb

Vitse-spiker: Ermənistan daim Azərbaycan ərazilərini ələ keçirməyə çalışıb

Siyavuş Novruzov: "Ermənistan özünü müstəqil dövlət elan etsə də..."

Bahar Muradova: Azərbaycan Xalq Cümhuriyyəti qurucularını çox böyük hörmətlə yad edirik

Milli Məclis rəhbərliyi ilə hakim YAP Gənclər Birliyinin üzvlərinin görüşü başlayıb

Baş nazirin müavini: “Cümhuriyyəti quranlar minnətdarlıq hissi ilə yad edilir”

Deputat: "Amnesty İnternational" həmişə olduğu kimi bu dəfə də heç nəyə nail ola bilməyəcək

Tahir Rzayev: İndiki məqamda mitinq lazımdırmı? - Yox!

İtaliya prezidenti İlham Əliyevi təbrik etdi

Rusiya XİN-dən Dağlıq Qarabağla bağlı AÇIQLAMA

“Bizdəki sürət qatarıdır” - Cavid Qurbanov

İlham Əliyev Çinin Xarici İşlər nazirini qəbul edib - YENİLƏNİB

SON XƏBƏRLƏR
2019-05-25
2019-05-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (66.66%)
"Qəbələ" (20%)
"Sumqayıt" (6.67%)
"Zirə" (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK