adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
07 Iyun 2018 13:59
20771
DÜNYA
A- A+

Türkiyə İraqda 400 km ərazini terrorçulardan təmizlədi

Türkiyə Silahlı Qüvvələri (TSQ) təqribən 3 aydır davam edən əməliyyatlar nəticəsində İraqın şimalındakı 400 kilometr ərazini PKK terrorçularından təmizləyib.

Adalet.az "Anadolu Ajans”a istinadən xəbər verir ki, TSQ Suriyanın şimal-qərbindəki Afrin bölgəsini YPG/PYD, PKK terror qruplaşmalarından təmizləmək üçün apardığı "Zeytun budağı” əməliyyatında isə ümumilikdə 4 min 497 terrorçunu məhv edib.

Uğurla yekunlaşan "Zeytun budağı” əməliyyatından sonra isə Türkiyə hzırda İraqın şimalındakı PKK terrorçularına qarşı qəti mübarizəni davam etdirir. TSQ quru qoşunlarının Türkiyə sərhəddindən kənar İraqdakı hərbi əməliyyatlarında isə 11 martdan bu günədək 155 terrorçu məhv edilib.

Terorçulardan təmizlənən 23 kilometrlik sərhəd xətti boyunca 11 baza quran türk əsgərləri mürəkkəb relyefli həmin ərazilərdə PKK ilə fasiləsiz olaraq mübarizə apararaq onların Türkiyə ərazisinə keçmələri, həmçinin silah-sursat ötürmələrinin qarşısını alıblar. Sərhəddin İraq tərəfində davam etdirilən əməliyyatlarda TSQ –nun başlıca məqsədi Türkiyə sərhədlərinin təhlükəsizliyini təmin etmək və PKK terrorçularının həmin ərazilərdəki sığınacaqlarını dağıtmaqdır.

Qeyd edək ki, yaxın zamanda TSQ-nın Şimali İraq kürd muxtariyyətinin paytaxtı Ərbilin yaxınlığında yerləşən Qəndil şəhərinə də hücum əməliyyatı gözlənilir. Qəndil PKK terror təşkilatının əsas yuvası hesab olunur və terrorçuların bütün koordinasiyaisı burdakı mərkəzdən idarə olunur. Lakin İraqın baş naziri Heydər əl-İbadi bildiirb ki, Türkiyə PKK ilə mübarizədə İraqın suverenliyinin pozulmasını qəbul etməyəcəklər.