adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
07 Iyun 2018 13:57
12758
MƏMLƏKƏT
A- A+

Rayon avtobuslarında gediş haqqı artırılmayacaq - Rəsmi

Azərbaycanda şəhərlərarası sərnişindaşıma ilə bağlı tariflərdə hər hansı dəyişiklik gözlənilmir. Bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

O, sərnişin daşıma zamanı alınan biletlə sürücülərin sərnişinlərdən istədikləri məbləğ arasındakı fərqin olması məsələsinə də aydınlıq gətirib.

"Bu individual yanaşmadır. Daşıyıcı özü səhlənkarlıq edərək belə addım atırsa, bunu hamısına şamil etmək düzgün deyil. Sözügedən problemə fərdi şəkildə baxılmalıdır".

E.Vəlizadə həmçinin qeyd edib ki, Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən hazırlanan proqramda regionlara sərnişin daşınmasında istifadə edilən avtobusların dəyişdirilməsi və daha da yaxşılaşdırılması nəzərdə tutulub.