adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
07 Iyun 2018 12:57
9074
MƏMLƏKƏT
A- A+

Payızda metronun daha bir stansiyası təmirə BAĞLANACAQ

Yaxın 3 ay ərzində metronun "Xətai" stansiyası təmirə bağlanmayacaq.

Bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hidayət Məmmədov jurnalistlərin suallarını cavablandırarkən bildirib.

O, "Xətai" stansiyasının bir hissəsində təmir işlərinin aparıldığını vurğulayıb:

"Stansiyanın eskalatorlarının da dəyişdirilməsinə zərurət var. Ona görə də eskalatorların dəyişdirilməsi üçün stansiya təmirə bağlanmalıdır. Planlaşdırırıq ki, "Xətai" stansiyasını payız aylarında təmirə bağlayaq. Bu barədə əvvəlcədən ictimaiyyətə məlumat veriləcək".

H.Məmmədovun sözlərinə görə, "Bakmil" stansiyasında təmir işləri aparılacaq:

"Stansiyada təmir işləri mərhələli aparılacaq. Çalışacağıq ki, stansiya təmir zamanı bağlanmasın. Çünki, metronun əsas vəzifəsi sərnişin daşımaq, onların təhlükəsiz daşınmasınə təmin etməkdir. Buna görə də, stansiyanın təmirinin sərnişinlərə mane olmamasına çalışırıq".