Ücretsiz php script indir eskişehir escort Orkide Mavi orkide Adalet.az | Jurnalistlər Gəncədə Cümhuriyyətin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirəcək Adalet.az | Jurnalistlər Gəncədə Cümhuriyyətin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirəcək Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Jurnalistlər Gəncədə Cümhuriyyətin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirəcək

16679    |   2018-06-07 12:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu ilin sentyabrında Gəncədə jurnalistlərin təşəbbüsü ilə geniş beynəlxalq elmi konfrans keçiriləcək. Bu barədə Parlament Jurnalistləri Birliyinin Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) keçirdiyi görüşdə razılıq əldə olunub.

ADAU-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan görüşdə ilk öncə tədbir iştirakçılarına Parlament (Tərəfsiz) Jurnalistlər Birliyinin icra etdiyi layihə haqqında məlumat verilib. Qurumun sədri Elşad Eyvazlı qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə keçirilən layihədə AXC ilə bağlı silsilə araşdırma yazıların dərci, həmin yazılardan ibarət kitabın nəşri nəzərdə tutulub. Layihənin bir komponenti isə ölkənin bir sıra aparıcı jurnalistlərinin AXC-nin fəaliyyət göstərdiyi məkanlara ziyarəti ilə əlaqədardır. Artıq PJB üzvlərinin Tbilisiyə səfərinin baş tutduğunu qeyd edən sədr bild növbəti ziyarətin Gəncə olmasını təsadüfi adlandırmayıb: "Çünki Gəncə dövrü AXC hakimiyyətinin mühüm bir hissəsini təşkil edir. Bu, bizim şərəf tariximizdir. AXC qurucularının işləri heç vaxt unudulmayacaq. Bu gün Azərbaycan dövləti onların xatirəsinin daim yaşadılmasına xüsusi diqqət yetirir. Amma bu, yalnız dövlətin işi deyil, bu məsələdə hər bir vətəndaşın, o cümlədən jurnalistlərin də üzərinə yük düşür”.


Görüş zamanı ADAU-nun rektoru İbrahim Cəfərov Gəncənin AXC hakimiyyətinin əsas fəaliyyət məkanı adlandırıb. O, AXC yaradıcılarının Gəncədəki 3 aylıq fəaliyyətini cümhuriyyət tarixinin zirvə dövrü kimi qiymətləndirib: "Bu şəxslər təkcə Gəncədəki 3 ay içində insan ömrünə sığmayacaq dərəcədə işlər görüblər, çox mühüm qərarlar veriblər. Onların qarşısında yalnız baş əyməliyik. Bakıda döyüş getdiyi zaman bu şəxslər çəkinmədən işlərini görüblər, dünyaya çıxıblar, dövləti tanıdıblar. Cümhuriyyət qurucuları arasında gəncəlilər də çox olub. Biz çox böyük qürur duyuruq ki, universitetin inzibati binası məhz AXC-nin fəaliyyət göstərdiyi binada yerləşir”. Rektor İ.Cəfərov qeyd edib ki, bu bina gələcəkdə hər bir kəs, uşaq, böyük üçün ziyarətgaha çevrilməlidir, məktəbə gedən də, evlənən də məhz bu binanı ziyarət etməlidir.

Tədbirdə ictimai elmlər kafedrasının müdiri Məhərrəm Hüseynov, "Aqrar siyasət və dünya iqtisadiyyatı” kafedrasının müdiri Əsli Qurbanova, dosent Azad Bayramov çıxış edərəkAXC-nin Gəncədəki fəaliyyəti zamanı verilən qərarlar, sərəncamlar, onların tarixi əhəmiyyəti haqqında danışılıb. Qeyd edilib ki, digər universitetlərdən fərqli olaraq Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri bu tarixi daha gözəl bilirlər və bu binada olmağın məsuliyyətini anlayırlar.

Görüşün sonunda jurnalistlər və tələbələrin iştirakı ilə sentyabrda AXC-nin 100 illik yubileyinə həsr olunmuş geniş beynəlxalq elmi konfransın təşkili haqqında razılıq əldə olunub. Tədbirə xarici ölkələrdən tarixçi alimlərin və araşdırmaçı jurnalistlərin dəvət olunması qərara alınıb.

Nicat Novruzoğlu


İmza:
SON XƏBƏRLƏR
2019-02-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kim istedadlıdır?

Ayxan Ayvaz (75.76%)
Oğuz Ayvaz (24.24%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir Ağdam yumoru

Ağdamda Çayçı Zeynal adlı bir nəfərin anası xəstələnir. Canı ağrıyan arvad deyir:
- Ölürəm, ay Zeynal.
Zeynal deyir:
- Ay nənə, başına dönüm, yayın bu cırhacırında ölmək vaxtıdır? Bir az döz görək, nağayırırıq.
Bunun üstündən bir müddət keçir. Payızda arvad yenə xəstələnib"ölürəm" deyəndə Zeynal qayıdır ki:
- Nənə, saa qurban olum, heylə iş görmə, qohum-əqrəbada neçə dənə toy var, xalxın işin pozma.
İki-üç ay keçir, qarlı-yağışlı qış günlərində arvad yenə başlayır ki, "Zeynal, taa ölürəm".
Zeynal deyir:
- Aaz, bizi söyüş yiyəsi eləmək istəyirsən. Bu palçıqda ölmək olar?
Mart ayında arvadın yenə pristupu tutur:
- Zeynal, taa doğrudan ölürəm.
- Ay nənə, bəs indi ölmək vaxtıdır, bir az toxtaq ol görək. Novruz bayramıdır, hamı deyir, gülür. Bizi peşiman eləmə.
- Gör bu gədə məni nətər avara qoyub ey.




digər lətifələr
ARXİV
FACEBOOK