adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
07 Iyun 2018 12:25
14154
DÜNYA
A- A+

Trampın səlahiyyətləri məhdudlaşdırıla bilər

Respublikaçşı Bob Korkerin başçılıq etdiyi senator qrupu qanunverici orqana Trampın səlahiyyətlərini məhdudlaşdıran qanun layihəsi təqdim ediblər.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, qanuna əsasən, Tramp Senatın razılığı olmadan gömrük rüsumlarını artıra bilməyəcək.

Qeyd olunur ki, Korkerin təşəbbüsünü 5 respublikaçı və 4 demokrat senator dəstəkləyir. Qanunverici orqan nümayəndələri Trampın ölkənin milli təhlükəsizliyini qorumaq adı ilə etdiyi son gömrük rüsumu dəyişikliklərinin ölkənin xarici müttəfiqləri ilə münasibətlərini pisləşdirə biləcəyini düşünür.

Trampın martda imzaladığı memorandumla Çindən idxal olunan 100-dən artdım məhsula vergi tarixi tətbiq olunub. İyunun 1-dən etibarən isə Avropa Birliyi, Meksika və Kanadadan alüminium idxalına görə 25% və polad idxalına görə 10%-lik gömrük rüsumları tətbiq olunacaq.(modern.az)