adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
07 Iyun 2018 11:33
23736
MARAQLI
A- A+

Ev heyvanını sevib, amma evdə saxlamayan sakinlər

Heyvanlar insanların ən sadiq dostlarıdır. Bakı sakinlərinin də böyük əksəriyyəti (64 %) evdə heyvan saxlamağı sevir, amma onların çox az hissəsi (14 %) bunu edir.

Evdə heyvan saxlayan Bakı sakinləri əsasən pişiklərə üstünlük verir (48 %). İtlər pişiklərə nisbətən daha az adamın "dost"udur (36 %). Səs-küylü tutuquşuları və lal-dinməz balıqları qəribə də olsa, eyni sayda insan saxlayır (hər biri 8 %). Gəmiriciləri sevənlər dağ siçanlarını özlərinə dost seçib (7 %). Sorğuda quşbazlar da yer alıb. Belə ki, Bakı sakinlərinin 4 %-i göyərçin, 2 %-i isə bülbül saxlayır. Tısbağa astagəlliyini bu siyahıda da göstərərək hamıdan geri qalıb (1 %).

Sorğu 2-7 may tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.