adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
07 Iyun 2018 11:31
10146
GÜNDƏM
A- A+

Türkiyə Baş Qərargah rəisinin Azərbaycana səfəri planlaşdırılır

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hülusi Akarın Azərbaycana səfəri planlaşdırılır.

"AzeriDefence”nin Türkiyə bürosunun bu ölkənin Silahlı Qüvvələrindən aldığı eksklüziv məlumata görə, ordu generalı H. Akarın iyun ayının 25-26-da Bakıya səfəri nəzərdə tutulub.

H.Akarın Azərbaycan Ordusunun 100 illiyi münasibəti ilə keçiriləcək yubiley tədbirlərində iştirakı gözlənilir.

Onu səfərdə Türkiyə Silahlı Qüvvələrinin yüksək rütbəli rəsmiləri müşaiyət edəcək.