adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
07 Iyun 2018 16:28
21341
MƏDƏNİYYƏT
A- A+

Məşhur sovet kinorejissoru vəfat etdi

Ukrayna və sovet kinorejissoru, aktrisası Kira Muratova vəfat edib.

Adalet.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, rejissor 83 yaşında vəfat edib.

Muratova "İşıqlı dünyanı tanımaq”, "Həssas milisioner”, "Üç əhvalat”, "Çexov” motivləri kimi filmlər çəkib. Bunların arasından "Astenik sindrom” adlı filmi 40-cı Berlin kinofestivalında Jürinin xüsusi mükafatını – "Gümüş ayı”nı qazanıb.

Onun filmlərində Oleq Tabakov, Vladimir Vısotski, Renata Litvinova kimi aktyorlar çəkiliblər.

Kira "əbədi qayıdış” adlı son filmini 2012-ci ildə çəkmişdi.