İki güləşçimiz medal qazandı
Türkiyənin İstanbul şəhərində güləş üzrə U-23 Avropa çempionatı keçirilir.
Azərbaycan Güləş Federasiyasından Adalet.az-a verilən məlumata görə, ikinci yarış günündə 60, 67, 72, 82 və 97 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. Güləşçilərimiz günü 2 bürünc medalla başa vurub.
Murad Məmmədov (60 kq) və Kərim Cəfərov (67 kq) hərəyə bir görüş, Eltun Vəzirzadə (82 kq) isə 2 görüşü qələbə ilə başa vursa da, 1/4 finalda məğlub olub. Rəqiblərin finala yüksəlməsi ilə güləşçilərimiz təsəlliverici görüşlərə qatılıb. Hər üç güləşçimiz təsəlliverici görüşləri qələbə ilə tamamlayaraq bürünc medal görüşünə haqq qazanıb.
Murad Məmmədov (60 kq) və Eltun Vəzirzadə (82 kq) həlledici görüşdə qələbə qazanaraq çempionatın bürünc medalına sahib olub.
Digər Xəbərlər
19 Aprel 2024 18:19
FHN-in qurumları arasında tennis çempionatı yekunlaşdı
19 Aprel 2024 13:35“Onsuz da oyunları azı 3000 adam izləyir”
18 Aprel 2024 18:45“Qalatasaray” İkardinin alternativini Fransada tapıb
18 Aprel 2024 18:00Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb
18 Aprel 2024 12:03