adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
06 Iyun 2018 17:47
17723
KRİMİNAL
A- A+

Bağında narkotik plantasiyası salan şəxs saxlanılıb

Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi, satışı və kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Adalet.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Qax rayon sakini Ümidvar Yusifov saxlanılıb. Ü.Yusifov yaşadığı Tasmalı kəndində özünəməxsus bağ səhəsində əkdiyi çətənə kollarına qulluq edərkən elə iş başında yaxalanıb. Polis əməkdaşlarının həmin əraziyə baxış keçirdikləri zaman oradan 310 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ilkin ifadəsində narkotik vasitəni satmaq məqsədilə əkdiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.