adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
06 Iyun 2018 17:37
10425
SİYASƏT
A- A+

Elmar Məmmədyarov Perunun Azərbaycana təyin olunan ilk səfiri ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Perunun Azərbaycana təyin olunan ilk səfiri Mariya Milaqros Kastanyon Seoaneni qəbul edib.

Xarici İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, görüşdə səfir etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib.

Nazir E.Məmmədyarov M.Seoaneni Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfir M.Seoane fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini vurğulayıb.