adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
06 Iyun 2018 17:27
17146
KRİMİNAL
A- A+

Sumqayıtda su sayğaclarını oğurlayan şəxs həbs edilib

Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 9-cu mikrorayon ərazisində, ümumilikdə, 6 evin su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəxs müəyyən edilərək "isti izlər”lə saxlanılıb.

Adalet.az xəbər verir ki, DİN-dən Trend-ə verilən məlumata görə, araşdırmalarla onun şəhər sakini Azər Musayev olduğu məlum olub.

O, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 30 sutka müddətinə həbs olunub.