adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
06 Iyun 2018 17:08
7456
MƏMLƏKƏT
A- A+

Astarada güclü təsiredici dərman preparatları satan şəxs saxlanılıb

Astarada Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri ilə güclü təsiredici dərman preparatlarının satışı ilə məşğul olan şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Adalet.az-a verilən məlumata görə, keçirilən əməliyyat axtarış tədbirləri ilə Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxil olan tramadol adlı dərman preparatlarının satışı ilə məşğul olan Astara şəhər sakini olan bir qadın saxlanılıb.

Davam edən tədbirlərlə onun yaşadığı evdən 160 ədəd güclü təsir edən tramadol tərkibli dərman preparatı aşkar edilərək götürülüb. Bundan başqa saxlanılan şəxsin İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə gətirilmiş 9098 ədəd güclü təsir edən dərman preparatlarını satış məqsədilə əldə edərək fərdi yaşayış evinin həyətindəki tikilidə saxladığı müəyyən edilib. Onun barəsində Astara rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.