Əbülfət MƏDƏTOĞLU: NAXÇIVANDA AÇDIĞIM SƏHƏR

ƏBÜLFƏT MƏDƏTOĞLU
54756 | 2018-06-06 15:50

Gözlənilməzoldu. Yəni aylarla, günlərlə planlaşdırdığım kimi alınmadı bu səfər. Yəni qəflətən,necə deyərlər, göstəriş, əmr almış birisi kimi pencəyimi çiynimə atıb çıxdımyola. Elə buradaca etiraf edim ki, bu yol yerlə göyün arasından keçdiyindən səhhətimdəkitəzyiq problemi təyyarədə özünü dərhal büruzə verir. Əgər çaşıb dərmanlarıunutmuş olsam, bunun məndə hansı hallar yaratdığını yəqin ki, təsəvvür edə bilərsiniz.Şükürlər olsun ki, bu dəfə dərmanı götürməyi unutmamışdım. Unutduğum bircə qeyddəftərim idi. Onu da əvəzləyən vərəqləri tapa bildim. Axı, bu məmləkətdə yazmaqhəvəsində olanlar kifayət qədərdi. Hamı sözlə nəfəs almağa, hamı söz yaratmağameyllidi. Görünür, şair xalq olmağımız da elə burdan qaynaqlanır. Şair xalqında həmişə qələmi, kağızı bol olur. Bax, bu mənada kasadlıq çəkmədim, qıtlığınıhiss etmədim: nə qələmin, nə də vərəqin...

Burdabir etirafı da edim. Adətən mən daha çox ürəyimə, göz yaddaşıma, düşüncələriməqeydlər etməyi xoşlayıram. Vəsəfərdə olanda da danışmaqdan çox dinləməyi sevirəm. İstəyirəm ki, təzə sözeşidim, təzə fikir şahidinə çevrilim. Və nəhayət, gəzib dolaşdığım məkanın özəllikləriniözümünküləşdirim. Bax, beləcə şairanə tərzdə ifadə etsəm, Bakıda havalanıbNaxçıvanda beynəlxalq hava limanına endim. Dan yeri yenicə sökülürdü. Şəhəryuxusundan yenicə oyanırdı. Mən ötən səfərimdəgörüb bəyəndiyim, xoş təəssüratla ayrıldığım Naxçıvan Beynəlxalq Havalimanında indi çox qəribə bir mənzərənin şahidi olddum. Bilmirəm, bu mənim birildən sonrakı səfərimin yaratdığı ilkin təsirin nətiəsi idi, yoxsa elə bu birreallıq, bir gerçəklik idi. Hava limanı əvvəlki kimi tərtəmiz, sanki bir dəstəadamın silib-süpürdüyü, səliqə-səhman yaratdığı bir durumda idi. Gözümü hansı tərəfəsancdımsa, hansı tərəfə çevrilib boylandımsa, güldən, çiçəkdən, təmizlikdənbaşqa bir şeyə rast gələ bilmədim. Təkcə binanın daxili deyil, təkcə bu binanındaxilində xidmət üçün yaradılmış texniki avadanlıqlar deyil, həm də bu binanıniçərisindəki personalın özü də sanki imtahan verəcək bir hazırlıq səviyyəsindəidi. Elə bil onlar bu dəqiqə ən yüksək səviyyədə kiminsə hava alanına gələcəyinigözləyirdilər. Hamının üz-gözündə bir xidməti görüntü var idi. Adamlar geyindiklərixidməti bundirin içərisində öz rəsmiliklərini, öz bacarıqlarını elə yerinəyetirirdilər ki, nəsə bir nöqsan tapmaq mümkün olmurdu. Tam səmimi deyim ki, mənbu cavan oğlanlarda, qızlarda başqa hava limanlarında qarşılaşdığım ürəkbulandıran, adamda qıcıq yaradan, təəssüf doğuran, hətta adamı heyrətləndirənheç nə görə bilmədim. Hər kəs öz işinin başında idi. Hətta hava limanının çıxışzalının önündə dayanıb yolçuları gözləyən, müsafirləri qarşılayan özləri də birməktəb, bir qarşılama kursu keçmiş insanların təsirini bağışladılar mənə. Yerigəlmişkən xatırladım ki, heç taksi sürücüləri də hay-küylə müştəri səsləmirdilər.Hər kəs öz növbəsini gözləyirdi. Bax, beləcə Naxçıvan Beynəlxalq Hava limanındailk təəssüratımı yaddaşıma yazmağa başladım. Və yazımın nöqtəsini qoyduğum andaqulağıma tanış bir səs gəldi. Başımı qaldırıb baxanda şair dostum ƏbülfəzÜlvini gördüm.

Biz bir gün öncətelefonla əlaqə saxlamışdıq, hal-əhval tutmuşduq. Və sözarası bəlkə gəldim söyləmişdim.Şair ürəyi həmin "bəlkə"ni çox rahatlıqla süzgəcdən keçirib onunyaddaşında qırmızı və bəlkə də böyük hərflərlə "GƏLİRƏM!" kimi işarələmişdi.Və o da səhərin yuxusuna haram qatıb hava limanına gəlmişdi. Burda xüsusivurğulamaq istəyirəm ki, insan üçün doğulduğu ünvandan kənar hər yer müəyyənassosiasiyalar oyadır. Bu mənada vətəndə vətənsiz olan bir qaçqın yazı-pozuadamının Bakıdan Naxçıvana uçması, yumşaq desəm, qəribliyə səyahət kimi anlamyaradır. Doğrudur, oradakı dostlar, doğmalar, tanışlar bu qəribliyi sabunköpüyü kimi əridirlər. Onu bir anın milyonda biri həcmində də hiss etməyə imkanvermirlər. Lakin hava limanında səni kiminsə qarşılaması tamam fərqli birduyğusallıqdı. İnsan onda hansı məqamın, hansı mərtəbənin sahibi olduğunu, ürəklərdəhansı qiymətə layiq görüldüyünü anlayır.

Mən havalimanının zalından çıxıram. Şair qardaşımla yüz illərin həsrətlisi kimigörüşürük. Əbülfəz Ülvi elə məni qollarının arasında sıxdığı andaca deyir:"Xoş gəldin, qardaş!". Və sonra da qoluma girib məni maşına tərəfaparır. Maşının yanında bir anlıqdayanıram və yenə ətrafa baxıram. Və yenə etiraf edirəm ki, bu səliqə-səhman təbliğolunmalı, təqdir olunmalı, nümunə kimi hər bir ünvana göstərilib və hətta yerigəlsə tələb edilməlidir. Əgər Naxçıvanda - blokada şəraitində yaşayan bir ərazidəbu cür səliqə-səhmanı yaratmaq mümkündüsə, onu niyə ölkənin başkəndində də, digərşəhər və qəsəbələrində də etməyək? Niyə yaxşı ənənəni, yaxşı nümunəni təmənnasızşəkildə ictimailəşdirməyək?

Bilmirəm,insanların düşüncəsində, qəlbində kök salan xəbislik, paxıllıq, etiraf etməmək,gözü götürməməzlik, gerçəyi yalnış kimi təqdim etmək mərəzləri hardanqaynaqlanır? Amma onu bilirəm ki, Şeyx Nizami demişkən: "Qızılı örtsə dəqara torpaqlar, o öz dəyərini yenə də saxlar". Bax, mən də Naxçıvanın havalimanından başlayan bu təəssüratımın ip ucundan tutub Naxçıvan şəhərinə doğrugedirəm. Daha doğrusu, sükan arxasında oturmuş dəyərli şair qardaşım ƏbülfəzÜlviylə ilk təəssüratı bölüşə-bölüşə şəhərədoğru irəliləyirik...

... İlk təyyarəilə Naxçıvana gəldiyimdən qardaşım məniməcburi şəkildə səhər yeməyinə dəvət etdi. Və bildirdi ki, bir tikə çörək, birstəkan çay sonrakı işlərimizin açarı olacaq. Rahat şəkildə nədən, hardanbaşlamağı, hansı yerləri gəzib-görməyi elə o süfrənin arxasında həll edəcəyik.Təbii ki, qonaq ev sahibinin ixtiyarındadı. Və mənim də etiraf etməyə o qədər dəböyük şansım yox idi. Çünki Əbülfəz Ülvinin prinsipiallığı mənə öncədən məlumidi. Üstəlik həm onun, həm də mənim telefonuma gələn zənglərdən tam şəkildə öyrənmişdimki, Naxçıvanın ədəbi mühitinin şah damarları, qaymaqları artıq onların ziyarətinəgəldiyimdən xəbərdardılar. Ona görə də onlarla bir araya gəlmək, sonrakı fəaliyyətimiziplanlaşdırmaq istəyirlər.

Biz süfrəarxasında oturarkən Naxçıvan Ali Məclisinin üzvləri, Naxçıvan YazıçılarBirliyinin sədri Asim Yadigar və dəyərli yazıçı-publisist dostum, Ali Məclisinüzvü Fərəc Həmzəyev, eləcə də təkcə öz koloriti, öz yazı tərzi vəzarafatlarıyla Naxçıvanda deyil, Azərbaycan mətbuatının bütün təmsilçiləri tərəfindənimzası tanınan yazıçı-publisist Hüseyn Əsgərov və bir də gözəl şairimiz İbrahimYusifoğlu bizləri telefonla arayıb harda, necə görüşəcəyimizi öyrənməyə maraqgöstərdilər. Həmkarlarımdan, söz adamlarından gələn bu ismarıclar artıq mənim səfəriminçox maraqlı və sıx bir proqram içərisində gerçəkləşəcəyinə ilk mesajlarınıötürdü. Demək, bu dəfə də Naxçıvanı doyunca gəzmək, bütövlükdə Naxçıvanı yenidəngözümün və ürəyimin yaddaşına köçürmək heç də asan olmayacaqdı.

Söhbət edə-edə Naxçıvanın məşhur lavaşını dürməkləyirəm.Əlimdə sıxdığım dürmək məni uşaqlığıma, indi düşmən girovluğunda olan Tuğ kəndinəaparır. Və mənə elə gəlir ki, indi sacın üstündə çevrilən yuxa onu bişirən nənəminətrini də, söz-söhbətini də, xatirələrini də o əsirlikdən qoparıb mənə doğru gətirir...

(Ardı var)

TƏQVİM / ARXİV