adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
06 Iyun 2018 15:25
15601
MƏMLƏKƏT
A- A+

Ağdamın icra başçısı işdən çıxarıldı

Raqub Məmmədov Ağdam Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Adalet.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncamla Raqub Allahverdi oğlu Məmmədov Ağdam Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən kənarlaşdırılıb.

Qeyd edək ki, R.Məmmədov 16 aprel 2014-cü il tarixindən bu günədək Ağdamın icra başçısı olub.