ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

UNEC-də Milli Qurtuluşun 25 illiyinə həsr olunan tədbir keçirilib

8931    |   2018-06-06 15:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İyunun 6-da UNEC-də Milli Qurtuluşun 25 illiyinə həsr olunan tədbir keçirilib.

Adalet.az-ın məlumatına görə, UNEC, "Səs" Media Qrupu və Azərbaycan Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən tədbir "Milli Qurtuluşdan intibaha” mövzusunda olub.

Tədbirdən öncə UNEC ilə Bilik Fondunun sifarişi əsasında "Səs" Media Qrupunun hazırladığı "Milli Qurtuluşdan intibaha" filmi nümayiş olunub.

UNEC-in rektoru, professor Ədalət Muradov Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il 15 iyunun əhəmiyyətindən danışıb. Rektor bildirib ki, xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində möhkəm təməli olan müasir Azərbaycan cəmiyyəti qurulub. Milli Qurtuluş Günü Azərbaycanın indiki reallıqlarının və xoşbəxt gələcəyinin rəhnidir, - deyə bildirən rektor Ulu Öndərin hazırladığı müstəqil dövlət quruculuğu konsepsiyasının müasir Azərbaycan dövlətinin uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoyduğunu diqqətə çatdırıb.

15 İyun - Milli Qurtuluş gününün mahiyyəti, onun müstəqil Azərbaycan dövlətinin formalaşmasında və inkişafındakı rolundan bəhs edən "Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu böyük qayıdışı doğuran səbəbləri, həmin vaxt cərəyan edən hadisələrin siyasi mahiyyətini açıqlayıb: "Ulu öndər öz liderlik keyfiyyətləri ilə dünyanın siyasi elitasının ən uca zirvəsində dayanan nəhəng şəxsiyyətlərdəndir. Bu zirvədən bütöv bir xalqın - Azərbaycan xalqının dünəni, bu günü və sabahı görünür".

YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə 1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə olunan uğurlardan, xalqın rifahının yaxşılaşdırlımasından, dövlətimizin dünyada yerinin və rolunun möhkəmdirilməsindən danışaraq, bu gün dünyada yeri və rolu artan Azərbaycanın dahi öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin bəhrəsi olduğunu qeyd edib.

Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev bildirib ki, xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürüb, bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngiyib, ölkədə iqtisadi inkişafa, siyasi sabitliyə nail olunub.

"Səs" Media Qrupunun rəhbəri Bəhruz Quliyev 15 iyun Milli Qurtuluş ideologiyasının müstəqil Azərbaycanın davamlı inkişafında özünü büruzə verdiyini və Ulu Öndər Heydər Əliyevin ən layiqli siyasi varisi, ölkə Prezidenti İlham Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində Azərbaycanın regionda və dünyada nüfuzunun daha da artdığını qeyd edib. B.Quliyev bildirib ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələri fəth edəcək.



İmza:

“UNEC-in ikinci əlaçı təqaüdü təhsilimizə, inkişafımıza investisiya etmək şansı verdi” - MÜSAHİBƏ

700 bal toplayanlara UNEC-də ikinci ixtisas ödənişsiz olacaq

Bakı Ali Neft Məktəbində nazirliklə birgə təqdimat keçirilib

Olimpiada qalibləri UNEC-in xüsusi təqaüdünü qazanacaq

Tələbələrin köçürülmə və yerdəyişməsinin nəticələri bu ayda açıqlanacaq

Nazir müavini: “Buraxılış siniflərində imtahan nəticələri 4,75 faiz yaxşılaşıb”

BANM-da ilk MBA proqramına qəbul 100% oldu

BANM-ın tələbələri Petkimdə işə və təcrübəyə başlayır

Magistratura üzrə respublika 1-cisi: “Təhsilimizi UNEC-də davam etdirmək uğurlu olacaq”

UNEC-in dissertantı Gəncə hadisələrini pislədi: “Gənclər bilməlidirlər ki…”

Gənc müəllim: “Hər iki universitet öz ölkəsində ən yaxşısıdır” - MÜSAHİBƏ

Müəllimlərin nəzərinə: Nazirlik vakant yerlərin sayını açıqladı

BANM-ın 15 məzunu SOCAR-ın Kompleks Qazma Trestində işə başlayıb

UNEC-n Zaqatala filialında təhsil haqları azaldılıb

"BANM-a qəbul olmağım həyatımda dönüş nöqtəsi oldu"

UNEC-in gənc müəllimi ABŞ universitetində tədqiqat aparır

BANM-ın məzunları Karbamid zavodunda işə başladılar

Magistratura üzrə respublika 1-cisi: “Təhsilimizi UNEC-də davam etdirmək uğurlu olacaq”

BANM-ın tələbələri Petkimdə işə və təcrübəyə başlayır

UNEC-in dissertantı Gəncə hadisələrini pislədi: “Gənclər bilməlidirlər ki…”

Tələbələrin köçürülmə və yerdəyişməsinin nəticələri bu ayda açıqlanacaq

Bakı Ali Neft Məktəbində nazirliklə birgə təqdimat keçirilib

SON XƏBƏRLƏR
2018-07-19
2018-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri təyyarə ilə Moskvaya uçur, yanında sarışın, qəşəng bir qız oturub. Zakir qıza deyir ki, yol uzaqdı, gəl növbə ilə bir-birimizə sual verək, sən tapmasan mənə 5 dollar verərsən, mən tapmasam sənə 500 dollar verərəm. Qız razılaşır. Zakir:
- Yerlə ayın arası neçə metrdi?
Qız deyir bilmirəm və çıxarıb 5 dollar verir. Sonra
- O kimdir ki, dağa üç ayaqla çıxır, dörd ayaqla düşür?
Zakir çox fikirləşir, dostlarına zəng vurur, cavabı tapa bilmir və qıza 500 dollar verir. Sonra soruşur ki, yaxşı doğrudan maraqlıdı, o kim idi?
Sarışın qız sakitcə çıxarıb Zakirə beş dollar verir və deyir, ki, heç mən də bilmirəm.




digər lətifələr
ARXİV
FACEBOOK