adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
06 Iyun 2018 16:01
16186
DÜNYA
A- A+

Pilotlar zədələnmiş təyyarəni endirdilər

Göyərtəsində 130 sərnişini olan ABŞ-ın "American Airlines” şirkətinə məxsus təyyarə fırtınaya düşüb və burun hissəsindən ciddi zədə alıb.

Adalet.az xəbər verir ki, bununla bağlı "Airline Ratings” məlumat yayıb.

Texas ştatının San-Antonio şəhərindən Arizonanın Finiks şəhərinə uçan layner təcili eniş etməli olub.

Şahidlərin sözlərinə görə, təyyarə havaya qalxdıqdan 1 saat sonra fırtınaya düşüb.

Təyyarə El-Paso şəhərində təcili eniş edib. Hadisə zamanı xəsarət alan olmayıb.