adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
10 Iyun 2018 11:51
9623
SAĞLAMLIQ
A- A+

30 yaşdan sonra bu qidalardan imtina edin!

ABŞ mütəxəssisləri qocalmanı tezləşdirən qida və içkilərin siyahısını tərtib edib.

Mütəxəssislər siyahıda olanları 30 yaşdan sonra pəhrizdən çıxartmağı tövsiyə edirlər.

Adalet.az Sağlamolun.az-a istinadən bu məhsulların siyahısını təqdim edir:

1. Şəkər

Şəkər dərini cavan və dartılmış saxlayan kollagen və elastin liflərinin dağılmasını tezləşdirir ki, dərinin elastikliyi azalır, qırışlar əmələ gəlir, dəri sallanmağa başlayır.

2. Ağ çörək, ağ undan hazırlamış un məmulatları və şirniyyatlar

Bu artıq çəkinin yığılmasına səbəb olur. 30 yaşdan sonra mübadilə prosesləri ləngiməyə başlayır ki, bu da artıq çəkinin yığılmasına gətirib çıxarda bilər.

3. Ketçup, mayonez, pendirli sous və digər souslar

Onlar iştahanı və yeməklərin kalori dəyərini artırır. Bu isə kökəlməyə səbəb olur.

4. Makaron məmulatları

Mütəxəssislərin fikrinə görə, bu məhsulların tərkibində olan qlüten 30 yaşdan sonra pis mənimsənilir.

5. Şirin qazlı içkilər

Bu içkilər həm kalorilərlə zəngindir, həm də ürək və qaraciyər üçün ziyanlıdır. Nəzərə almaq lazımdır ki, insanın yaşı artdıqca ürək, qaraciyər və s. orqanlarda xroniki xəstəliklərinin inkişafı riski artır.