adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
06 Iyun 2018 15:12
16009
DÜNYA
A- A+

Fransada güclü partlayış - 11 nəfər yaralanıb

Fransanın Strasburq şəhərindəki taxıl anbarında güclü partlayış baş verib.

Adalet.az "Europe 1”ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 11 nəfər xəsarət alıb. Ölənlər barədə məlumat yoxdur.

Partlayış şəhərin liman zonasında qeydə alınıb. İnsidentin hansı səbəbdən baş verməsi haqda məlumat açıqlanmayıb.

Hazırda partlayışın baş verdiyi ərazidə fövqəladə hallar xidmətinin əməkdaşları, həmçinin 70 yanğınsöndürmə maşını işləyir. Əraziyə giriş qadağan olunub.