adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
06 Iyun 2018 16:07
10264
MƏMLƏKƏT
A- A+

Bakıda yeni parklanma sistemi qurulacaq

Bakıda avtomatlaşdırılmış parklanma sistemi qurulacaq.

Bakı Nəqliyyat Agentliyinin (BNA) ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirib ki, parklanma sahəsində BNA-nın qarşısına qoyduğu əsas vəzifələrdən biri də avtomatlaşdırılmış sistemin qurulmasıdır.

"Hazırda bu sistemin qurulması ilə bağlı müzakirələr aparılır. Bundan əlavə, mövcud yeraltı və yerüstü parklanma yerləri də işlək vəziyyətə gətiriləcək, sürücülər arasında düzgün parklanma qaydaları və qanunsuz parklanmadan yayınma ilə bağlı təbliğat aparılacaq".