Adalet.az | Nazir zəlzələ bölgəsində evlərə baxış keçirir Adalet.az | Nazir zəlzələ bölgəsində evlərə baxış keçirir Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Nazir zəlzələ bölgəsində evlərə baxış keçirir

8202    |   2018-06-06 14:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Zaqatala rayonunda zəlzələdən zərərçəkən ərazilərə baxış keçirir.

Kəmaləddin Heydərov nazirliyin digər rəhbər şəxsləri ilə birlikdə əvvəlcə Əliabad qəsəbəsinə baş çəkib. Nazir yeraltı təkanlardan zərərçəkmiş digər məntəqələrdə də olacaq.

Qeyd edək ki, iyunun 5-i axşam saat 22:40 radələrində Zaqatala rayonu ərazisində 6 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlar ətraf rayonlarda 5-3 bala qədər hiss edilib.

Rayon fövqəladə hallar komissiyasından bildiriblər ki, yerlərdən daxil olan ilkin məlumatlara görə, yeraltı təkanlar nəticəsində rayonun Əliabad qəsəbəsində, Suvagil, Mamrux və Yuxarı Çardaxlar kəndlərində əvvəlki zəlzələlər zamanı qəzalı vəziyyətə düşmüş köhnə tikililərin, tövlələrin divarlarındakı çatlar genişlənib, bəzi evlərdə çatlar əmələ gəlib, həyətlərin hasarları uçub.

Hazırda rayon fövqəladə hallar komissiyası yerli icra nümayəndəlikləri ilə birlikdə zəlzələ nəticəsində dəymiş zərəri müəyyənləşdirmək üçün yerlərdə araşdırmalar aparır. (AzərTAc)




İmza:
SON XƏBƏRLƏR
2018-08-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu, babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK