adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
06 Iyun 2018 12:35
16515
ŞOU-BİZNES
A- A+

"5 kişi 1 qadını təklədiniz" - Roza Zərgərli mərdlikdən danışdı

ATV kanalında yayımlanan "Maşın" realiti şousunda yenə qalmaqallı anlar yaşanıb.

Adalet.az xəbər verir ki, şounun keçmiş iştirakçısı Vüqar Vüqarlının İlhaməni mərd adlandırması Roza Zərgərlini qıcıqlandırıb:

"Siz 5 nəfər bir qadını təklədiniz. Unutma bunu. İlhaməni burada heç kim təkləməyib. 5 kişi birləşib Qaraqanın əli ilə məni çıxartdınız. İlhaməbəli, mərd qızdır. Sözünü deyən qızdır. Ammainsanın canına qorxu düşəndə sığınacaq axtarır. Bu, mərdlik deyil. Mərdlik başqa cür olur. Mərdlik düz sözdə olur, mərdlik insan tək mübarizə aparmağı bacaran zaman olur".

Qeyd edək ki, hazırda şou aparıcılar Mətanət Əliverdiyeva, Aytən Səfərova, blogger Hüseyn Əzizoğlu, əməkdar artistlər Abbas Bağırov, Rühəngiz Musəvi, müğənni Roza Zərgərli, Əli Mirəliyev, Rahidə Baxışova, Uran, aktrisa Pərvin Abıyeva ilə davam edir.(milli.az)