adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
06 Iyun 2018 12:28
13187
GÜNDƏM
A- A+

Xətaidə əlillər üçün bina tikilmir - Nazirlikdən təkzib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Bakı şəhəri Nizami rayonu, B.Çobanzadə küçəsi, 2399 ünvanında Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün nəzərdə tutulan yaşayış binasının inşası davam edir.

Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, inşaat işləri tamamlandıqdan sonra binadakı mənzillər növbəlilik prinsipi əsasında Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunacaq.

Binadakı mənzillərin istifadəyə verilməsi rayon (şəhər) icra hakimiyyətləri tərəfindən nazirliyə təqdim olunmuş və nazirliyin rəsmi saytında (www.mlspp.gov.az) yerləşdirilmiş növbəlilik siyahıları əsasında həyata keçiriləcək.

Qeyd olunub ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə adıçəkilən ünvandan başqa heç bir ərazidə yaşayış binası tikilmir: "Xətai rayonu, N.Tusi küçəsi, 63 ünvanında yaşayış binalarının inşası və mənzillərin əlil olmayan şəxslərə verilməsi barədə son vaxtlar bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatların heç bir əsası yoxdur. Nazirliyin fəaliyyəti ilə bağlı məlumat yaymazdan öncə dəqiqləşdirmə aparılması təklif olunur”.