adalet.az header logo
  • Bakı 11°C
06 Iyun 2018 12:26
24763
TEXNOLOGİYA
A- A+

İsmayıllıda qasırğa nəticəsində yaranan rabitə problemləri qismən aradan qaldırılıb

"Aztelekom” MMC-nin İsmayıllı telekommunikasiya qovşağının xidmət zonasında leysan və qasırğa nəticəsində yaranmış qüsurlar qismən aradan qaldırılıb.

Bu barədə MMC-dən bildiriblər.

Qeyd olunub ki, qəza xidməti briqadaları bərpa işlərini davam etdirir:

"Qasırğa ilə müşayiət olunan leysan yağışları şənbə günü İsmayıllı və Göyçay rayonlarında müşahidə olunub. Qəza briqadaları dərhal bərpa işlərinə başlayıb ki, bu da rabitə xidmətlərinin qismən bərpa olunmasına imkan verib. Dayaq dirəklərinin quraşdırılması, yeni kabellərin döşənməsi, abunəçilərin şəbəkəyə qoşulması üçün vaxt tələb olunur. Bərpa işləri davam etdirilir”.