ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Əhməd Cavada abidə ucaldılsın – Deputatdan TƏKLİF

8506    |   2018-06-06 12:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Deputat Qənirə Paşayeva Şəmkirdə istiqlal şairimiz Əhməd Cavada həsr olunmuş tədbirdə çıxış edib və Qara dənizə baxan ən uca yerlərin birində Əhməd Cavada abidə qoyulması təklifi ilə çıxış edib.

Azərbaycan Yazıçılar Birliyi (AYB) və Gənc Şairlər Birliyinin təşkilatçılığı, Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi, Türkdilli Ölkələrin Parlament Assambleyası, Mədəniyyət Nazirliyi, Milli Kitabxana, TİKA, "Azərkitab” Kitab Təbliğatı Mərkəzi, Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilati dəstəyilə ökəmizdə qeyd edilən VIII Beynəlxalq Şairlər Günü çərçivəsində Şəmkirdə Türk dünyasının istiqlal şairləri Əhməd Cavada və Mehmet Akif Ersoya həsr olunmuş tədbir keçirilib. Tədbirdə Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, millət vəkilləri Qənirə Paşayeva, Sona Əliyeva, AYB-nin Mətbuat xidmətinin sədri Xəyal Rza, İLESAM-ın sədri Mehmet Nuri Parmaksız və qardaş Türkiyədən gəlmiş çoxlu sayda şair, yazar, aydınlar iştirak ediblər.

Qardaş Türkiyədən gəlmiş çoxlu sayda şair, yazar, aydınlarin iştirak etdiyi tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva bu cür tədbirləri təşkil edən bütün təşkilatçılara təşəkkürünü bildirib və bu cür tədbirlərin önəmini xüsusi vurğulayıb. Millət vəkili çıxışında istiqlal şairimiz Əhməd Cavadın həyatı, fəaliyyəti, yaradıcılığı, onun Azərbaycan Cümhuriyyətinin qurulması və qardaş Türkiyə üçün göstərdiyi böyük xidmətlərdən, böyük acılarla bitən ömür yolundan danışıb. O bildirib ki, harada doğulub harada yaşamasından asılı olmayaraq bu gün Türk gəncləri Əhməd Cavad kimi böyük aydınlardan, onların fikir və düşüncələrindən, həyat yolundan çox şey öyrənməlidirlər:



"20-ci əsrdə Anadoluda insanlarımız acılar yaşayanda, düşmən qüvvələrə qarşı mübarizə aparanda Əhməd Cavad Azərbaycandan yardımların toplanılıb orada yaşayan insanlarımıza çatdırılması, millətimizin səsini daha geniş duyurmaq üçün çalışırdı. Yetim qalan qız uşaqlarını normal ailələrə verilməsində iştirak edərək bu qızlar "bizim namusumuzdur, onları öz övladlarınızdan ayırmadan böyüdün və yetişdirin” deyirdi. 20-ci əsrin əvvələrində Azərbaycanın müstəqilliyi, Türkiyə üçün bəzən silaha, bəzən qələmə sarılırdı. Dünyanın harasında yaşamasından asılı olmayaraq Türk millətinin acıları onun acıları idi və o, gecə-gündüz milləti üçün çalışırdı. Onun "Çırpınırdı Qara Dəniz baxıb Türkün bayrağına" şeirində, Azərbaycana, bayrağımıza həsr etdiyi şeirlərlə yanaşı, bütün şeirlərində, yazılarında millət uğrunda mübarizəsi var. Ona görə də Əhməd Cavad heç bir zaman unudulmayacaq və hər zaman sevgi və sayğı ilə anılacaq". Millət vəkili Qara dənizə baxan ən uca yerlərin birində Əhməd Cavada abidə qoyulması təklifi ilə çıxış edib.Onun bu təklifi Türkiyədən gəlmiş çoxlu sayda şair, yazar, aydınlar tərəfindən müsbət və alqışlarla qarşılanıb.

Millət vəkili Q.Paşayeva İstiqlal marşının müəllifi Mehmet Akif Ersoyla bağlı da geniş çıxış edib. Millət vəkili çıxışını "inşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək”- deyərək bitirib.

Millət vəkili Q.Paşayevanın tədbirdə çıxış videosunun linkini burdan izləyə bilərsiniz.




İmza:
SON XƏBƏRLƏR
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- Ədə, dünən məni evə kim gətirib?
- Mən apardım qaqa, amma eşşək qədər içmişdin haa.
- Ay lom, biz 5-ci mərtəbədə qalırıq, mən səhər 4-cü mərtəbədəki xalaşkanın evində oyanmışam.
- Dəlisən sən? Qapını atan açdı axı.




digər lətifələr
ARXİV
FACEBOOK