adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
06 Iyun 2018 12:01
9653
İDMAN
A- A+

“Parisi tərk etmək Neymar üçün çətin olacaq” - Qvardiola

"Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Neymarın karyerasını İngiltərə davam etdirə biləcəyi haqda yayılan xəbərlərə münasibət bildirib.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, ispan mütəxəssis Neymarın PSJ-ni tərk edəcəyinin inandırıcı olmadığını bildirib:

"Mən PSJ-yə getməyə hazırlaşmıram, Neymar da "Mançester Siti”yə keçməyi düşünmür. Neymar "Real”a keçəcək? Bu şayiələri mən də eşitmişəm. Lakin Parisi tərk etmək Neymar üçün çətin olacaq. Çünki PSJ elə PSJ-di. Bununla belə, futbolda hər şey mümkündü”.