adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
06 Iyun 2018 11:55
10058
GÜNDƏM
A- A+

Vəkillər Kollegiyası: Qəbul zamanı heç bir ayrı-seçkilikdən söhbət gedə bilməz

Bəzi müxalifyönlü partiya mənsubiyyətli hüquqşünasların vəkilliyə qəbul imtahanlarında suni problemlərin yaradılması ilə bağlı ittihamları həqiqəti əks etdirmir.

Bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı Vəkillər Kollegiyası mütəmadi münasibətini bildirir:

"Kollegiyaya qəbul zamanı heç bir ayrı-seçkilikdən söhbət gedə bilməz. Bizdə imtahanlardan kəsilənlər sırasında dövlət qulluğunda olanlar və YAP-ın üzvləri də var. Bəs onların imtahandan keçməməsində nəyi bəhanə edirlər? Qəbul zamanı kiminsə partiya mənsubiyyəti və dini mənsubiyyətini yoxlamırıq. İmtahanlardan kəsilənlər arasında digər partiya mənsubiyyəti olanlar da var".